eTwinning platformasında daha bir layihə yekunlaşıb

Məktəbin ibtidai sinif müəllimi Əsgərova Brilyant 2a sinif şagirdləri ilə birlikdə eTwinning platformasında “Dönüşsün Kağıtlar - Kurtulsun Ağaçlar” layihəsini icra edir.
Layihə müddətində onlar çoxlu fəaliyyətlər yerinə yetiriblər və yaşıllıqların qorunması, kağız istehsalının azaldılması, ekoloji çirklənmənin qarşısının alınması yolları haqqında həm maarifləniblər, həm də bacarıqlarından istifadə edərək faydalı fəaliyyətlər yerinə yetiriblər.
Layihə ilə digər şagirdlərin maariflənməsi və görülmüş fəaliyyətlərin təqdim edilməsi məqsədi ilə şagirdlər lövhə hazırlayıblar.Həmin lövhəni digər şagirdlərin də oxuya bilməsi üçün məktəbin foyesində quraşdırıblar.