"Korrupsiyaya qarşı mübarizə" mövzusunda maarifləndirici görüş keçirildi

4 iyun 2024-cü il tarixində məktəbdə Pedaqoji kollektivlə "Korrupsiyaya qarşı mübarizə" mövzusunda maarifləndirici görüş keçirildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xatirə Hacıyeva tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən biri olan korrupsiyanın bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olaraq qaldığını, ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyini, sosial ədalətə ciddi təhlükə yaratdığını, iqtisadi və sosial inkişafı ləngitdiyini, əlverişli biznes mühitinin yaranmasına mane olduğunu söylədi. Korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılmasının ölkə prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayan direktor bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyini diqqətə çatdırdı. Ölkəmizdə insanların sosial rifahını və vətəndaş məmnunluğunun daha da artırılması üçün aparılan yeni islahatlar nəticəsində şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirildiyini bildirdi.

Qeyd etdi ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər və bu istiqamətdə həyata keçirilən tədbirlər, fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır.

O, bildirdi ki, bu fəaliyyət planının icrası nəticəsində korrupsiyaya şərait yaradan halların qarşısının alınır, ictimaiyyət qarşısında hesabatlılığın daha da gücləndirilir, məmur-vətəndaş təmasının minimuma endirilir, əhaliyə göstərilən xidmətlər daha da təkmilləşdirilir və elektronlaşdırılır.

Məktəb direktoru məktəbdə baş verə biləcək korrupsiya hallarından da danışdı və bunun yol verilməz olduğunu bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi