"Yaşıl dünya naminə həmrəylik ili" nə həsr olunmuş xüsusi dərs keçirildi

31 may 2024-cü il tarixində 2 a sinfində "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş xüsusi dərs təşkil olundu.

Dərsin əsas məqsədi "Yaşıl dünya naminə həmrəylik ili" haqqında uşaqları marifləndirmək və "Yaşıl gələcəyin"  fərd olaraq hər kəsin qarşısında olan öhdəliyinin önəmini öyrətmək idi.

Müəllim əvvəlcə "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı şagirdlərə məlumat verdi. Daha sonra şagirdlər müzakirə apararaq "Ətrafımızı qoruyaq", "Yaşıl sabahlara doğru", "Həmrəy olaq", "Dünyamızı gözəlləşdirək" sloqanlarını seçdilər və qruplara bölünərək bu sloqanlar ətrafında təqdimatlar hazırladılar. Onlar fəaliyyətləri praktik olaraq məktəbin həyətində, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində şagirdlər tərəfindən hazırlanmış güşələrin ətrafında icra etdilər. Bir sözlə uşaqlar həm əyləndilər, həm də öyrəndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi