Müstəqillik günü qeyd olunub

"1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən - Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi." Müstəqillik Günü kimi tarixə düşən bu gün məktəbimizdə də təntənəli şəkildə qeyd olundu."Səndən hansı namərd əsirgəyər can?"adlı ədəbi-bədii kompozisiyada şagirdlərin ifasında Vətənə, azadlığa, müstəqilliyə, qəhrəmanlığa ,azadlıq uğrunda mübarizəyə həsr olunmuş şeirlər söylənildi, mahnılar oxundu, təqdimatlar edildi.
Bu möhtəşəm tarixi gün bir daha təhsilalanların yaddaşında dərin izlər buraxdı.
Təşkilatçı: Xatirə Rəhimbəyli.
UBTR : Arzu Əliyeva
Musiqi dərnəyinin
rəhbəri : Sevinc İmanova