Məktəbin şagirdi Açıq Respublika Turnirində diplom və kəmər qazanıb

Bakıda Budo döyüş növü üzrə Açıq Respublika Turniri keçirilib.

Azərbaycan Budo Döyüş Növləri Federasiyasının məlumatına görə, yarışda Sumqayıt, Göyçay, Ağdaş, Ağdam, Goranboy, Qusar, Tovuz, Şəmkir, Füzuli, Şuşa, İmişli, Astara, Lerik, Yevlax, Nizami rayonundan, eləcə də klublardan 300-dən artıq idmançılar iştirak ediblər.

İştirakçılar Free Kontakt, Full Kontakt, Submission, B-1, F-1 növləri üzrə mübarizə aparıblar. Sonda qaliblərə diplomlar və kəmərlər təqdim olunub.

Məktəbin 8 a sinif şagirdi Sultanov Muhəmmədmehdi həmin turnirdə Submission qaydasında 13-14 yaş 64 kq çəki dərəcəsində yarışıb I yer tutmuşdur. O, Azərbaycan Budo Döyüş Növləri Federasiyası tərəfindən diplom və kəmərə layiq görülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi