"Bərpa olunan enerji mənbələrindən səmərəli istifadə" mövzusunda xüsusi dərs

16.05.2024-cü il tarixdə məktəbin coğrafiya müəllimi Tuqay Rzazadə 9B sinfində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 

"Bərpa olunan enerji mənbələrindən səmərəli istifadə" mövzusunda xüsusi dərs təşkil etdi.

Dərs zamanı müəllim mövzu ətrafında mühazirə oxudu. Daha sonra şagirdlər internet resurslarına və müəllimin çıxışına istinad edərək müxtəlif təqdimatlar hazırladılar, müzakirələr apardılar.

Müəllimin çıxışından bir hissəni təqdim edirik:

Ətraf mühit və onun mühafizəsi ölkəmiz müstəqillik əldə etdikdən sonra hökumətin əsas prioritetlərindən biri olaraq qalmaqdadır.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.

Təsadüfi deyil ki, hökumət ölkə iqdisadiyyatının neft-qaz sektorundan aslılığını azaltmaq məqsədilə iqdisadiyyatın diversifikasiyası zamanı xarici və daxili investorların da böyük marağına səbəb olan Azərbaycanın tükənməyən, bərpa olunan enerji mənbələrinə böyük investisyaların cəlb edilməsinə çalışmışdır. Bunun üçün yaşıl iqdisadiyyata investisiya yatıran yerli və xarici investorlara hökumət tərəfindən tətbiq edilən stimullaşdırıcı güzəşt proqramları onların bu sahəyə marağını daha da artırmışdır.

2020-ci ildən Masdar, ACWA Power, bp, Fortescue Future Industries, China Gezhouba Group Overseas Investment, Total Energies, Nobel Energy, A-Z Czech Engineering və Baltech şirkətləri ilə bərpa olunan enerji layihələri ilə bağlı əməkdaşlığa başlanılıb.

2023-cü ilin 26 oktyabr tarixində BƏƏ-nin “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində Xəzər regionunun və MDB məkanının ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə “Qaradağ Günəş Elektrik Stansiyası istifadəyə verilib. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib və ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kVt•st elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir iştirak ediblər.

2022-ci il 4 iyun tarixində “Bakı Enerji Həftəsi”nin Şuşada keçirilən xüsusi sessiyası çərçivəsində Energetika Nazirliyi və BƏƏ-nin “Masdar” şirkəti arasında “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 QVt gücündə günəş və 1 QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi” və “Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi” imzalanmışdır.

İşğaldan azad edilmiş ərazilərin yəni Qarabağın yenidən bərpası zamanı ölkə rəhbərliyinin əsas hədəflərindən biri də Qarabağın “Yaşıl Ərazilər”-ə çevilməsinə nail olmaqdır. Bunun üçün həyata keçirilən bir neçə alternativ enerji mənbələrinin xüsusən də su elektrik stansiyalarının inşa edilərək istifadəyə verilməsini misal göstərmək olar. 

İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi əhəmiyyət verilir. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su elektrik stansiyası artıq istismara verilmişdir:

“Güləbird” SES - 8 MVt;

“Suqovuşan-1” KSES - 4,8 MVt;

“Suqovuşan-2” KSES - 3,0 MVt;

“Kəlbəcər-1” KSES - 4,4 MVt.

Yaşıl dünya naminə həmrəylik ilindən danışarkən COP29 dan danışmamaq mümkün deyil.

2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı və ya daha çox COP29 kimi tanınan BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası Tərəflərinin Konfransı Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu konfransı olacaqdır. Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri və Azərbaycanın milli neft şirkəti SOCAR-ın keçmiş əməkdaşı Muxtar Babayev 2024-cü ilin yanvarında COP29-un prezidenti seçilib.  

Bu isə o deməkdir ki, bu il yəni 2024-cü il noyabr ayında dünyanın ən nüfuzlu ətraf mühit konfransı hesab edilən COP29 Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək.

Qeyd edək ki, Tuqay Rzazadə ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin

“Təhsil və İnsan kapitalının inkişafı” ixtisası üzrə magistratura səviyyəsində

beynəlxalq ikili diplom proqramı Magistrantıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi