DÜNYA TÜRKÇÜLÜK GÜNÜNƏ HƏSR OLUNMUŞ XÜSUSİ DƏRS KEÇİRİLDİ

Müəllim: Nuriyyə Qurbanova

Mövzu: Dünəndən bu günə

Standart: 5.1.2

Təlimin məqsədi: Türk xalqlarının milli-mənəvi dəyərlərini türk xalqlarının dünya mədəniyyətinin töhfəsi kimi dəyərləndirir.

Sayı 200 milyonu keçən türklər və 30-dan cox türk etnoslari bütün dövrlərdə Avropa və Asiyanın əhalisinin xeyli hissəsini təşkil etmişdir və indi də edir. Türk xalqları yaşadıqları hər yerdə öz parlaq izlərini qoymuşlar. Yüzilliklər ərzində türklər ayrı-ayrı dillərdə danışan xalqları birləşdirən onlarla müxtəlf dövlət yaratmışlar.

Türk xalqları ortaq milli-mənəvi dəyərlərə sahibdir. Böyük bir irsin mirasçıları olan türklər dünya mədəniyyətinə böyük töhfələr vermişlər.

Şagirdlər öz təqdimatlarında ortaq qəhrəmanlıq dastanlarımızdan, musiqimizdən, idman yarışlarından, Novruz bayramından, rəqslərdən, laylalardan, atalar sözlərindən, adət-ənənələrdən söz açdılar. Dünya mədəniyyətinə öz töhfəsini verən türk xalqlarının ədəbiyyatından, rəqslərindən ve idman oyunlarından nümunələr göstərdilər. Sonda bir daha milli-mənəvi dəyərlərə hörmətlə yanaşmaq, hər bir şagirdin, hər bir bir türkdilli dövlətin vətəndaşlarının borcu olması vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi