Xatirə Rəhimbəylinin yaradıcılıq gecəsi keçirilib

25 aprel 2024-cü il tarixində 6 nömrəli UGİM tərəfindən məktəbin təşkilatçısı, şairə, publisist, prezident təqaüdçüsü Xatirə Rəhimbəylinin "Bir sözüm var ürəyimdə "

adlı yaradıcılıq gecəsi keçirildi.

Gecədə xalq artisti, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov, şair Kəmalə Abıyeva, polkovnik-nasir Əlisəfa Mehdiyev, polkovnik-şair İbrahim Rüstəmli, şair Vasif Süleyman, dənizçi şair Faiq Balabəyli, şair Əbülfəz Əhməd, filologiya elmləri doktoru Əminə İbrahimli məktəb kollektivi, məzunlar, şagirdlər iştirak etdilər.

Gecəni 6 nömrəli UGİM-in direktoru Ziyad Nəbiyev açdı.O, qonaqları salamladıqdan sonra sözü mərkəzin şöbə müdiri Nuranə Novruzovaya verdi.

Yaradıcılıq gecəsində UGİM-in dərnək üzvləri Xatirə Rəhimbəylinin yaradıcılığından şeirlər söylədilər, şairin sözlərinə yazılmış " Yaşayırsan Ulu Öndər ", "Yağış", "Bahar gəlmişdi" mahnılarını səsləndirdilər.Daha sonra şairin "Ana" dramından səhnələşdirdikləri bir parçanı təqdim etdilər.

Sonda qonaqlar çıxış etdi və öz təəssüratlarını bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi