Yaşıl dünya naminə həmrəy olaq

“Valideyn-müəllim-şagird üçbucağı” layihəsi çərçivəsində işlər davam edir.

Valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi, effektiv kommunikasiyanın qurulması üçün yeni yanaşmaların tətbiq olunması, qarşılıqlı əməkdaşlığın səmərəli müstəviyə köçürülməsi, həmçinin məktəbdə bu istiqamətdə həyata keçirilən təşəbbüslərin bütün təhsil ictimaiyyətinə çatdırılması məqsədi ilə "Valideyn-müəllim-şagird üçbucağı” layihəsinə start verilmişdir.

Layihənin yüksək səviyyədə təşkili və nəticəyönümlü olması üçün məktəb tərəfindən tədbirlər planı hazırlanmış icrasına başlanmışdır.

Tədbirlər planına əsasən layihə çərçivəsində "Könüllü valideyn-məktəbdə" başlığı altında fəaliyyət planlaşdırılmışdır.

Fəaliyyət istiqamətlərindən biri 2024-cü ilə həsr olunub. Bildiyimiz kimi 2024 - cü il prezident İlham Əliyev tərəfindən "Yaşıl Dünya naminə həmrəylik ili" elan olunmuşdur. Yaşıl dünya naminə 4 b, 3 b, 3c, 4 c, 1 b sinfinin valideyinləri də məktəbin həyətyanı sahəsində guşələr hazırlayıb, göz oxşayan yaşıllıq yaradıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi