Məktəbin idmançısının növbəti uğuru

19 apreldə “Yaşıl Dünya naminə həmrəylik ili”nə həsr olunmuş 15 yaşa qədər yeniyetmələr arasında Abşeron-Xızı region birinciliyi keçirilib.

Azərbaycan Cüdo Federasiyasının və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan yarışda 20 çəki dərəcəsində 200-ə yaxın cüdoçu medallar uğrunda mübarizə aparıb.

Yarışın əsas məqsədi yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Yarış 31 may – 3 iyunda keçiriləcək 15 yaşa qədər kiçik yaş yeniyetmələr arasında ölkə birinciliyinə seçim xarakteri daşıyır.

Bu yarışda məktəbin 8-ci sinif şagirdi Zeynalov Zeynalabdin Samir oğlu 66 kq çəki dərəcəsində III yerə layiq görülmüşdür.

İdmançımızı təbrik edir, ona daha böyük uğurlar arzulayırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi