İlqar Məmmədovun doğum günü qeyd edilib

8 aprel 2024-cü il tarixində 298 nömrəli tam orta məktəbin adını daşıdığı şəhid İ.Məmmədovun 50-ci ildönümü münasibəti ilə tədbir keçirildi.

Tədbir Ulu Öndər H.Əliyevin və canını vətən uğurda qurban vermiş bütün şəhidlərin,o cümlədən 50 illik yubileyi qeyd olunan şəhid İ.Məmmədovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra Azərbaycan Dövlət himni səsləndirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevinc Süleymanova, Müdafiə Nazirliyinin əməkdaşları, Binəqədi Rayonu Şəhid anaları xeyriyyə mərkəzinin sədri Yetər Aboyeva, Xəzər televiziyası " Təsir dairəsi " verilişinin aparıcısı, jurnalist Lalə Azərtaş, şəhidin qrup, döyüş və sinif yoldaşları, İlqar Məmmədovun anası Şərifə Sadıqova və ailə üzüvləri, müəllimlər, şagirdlər, valideyinlər iştirak etdi.

Tədbirin rəsmi hissəsində məktəbin direktoru Xatirə Hacıyeva çıxış edərək qonaqları salamladı və İlqar Məmmədovun həyat yolu haqqında məlumat verdi. Daha sonra qonaqlar da çıxış edərək İlqar haqqında xoş xatirələrini qeyd etdilər, vətən uğrunda şəhid olanların qanının yerdə qalmadığını, uğrunda öz canlarını qurban etdikləri torpaqların artıq azad olduğunu bildirdilər.

Tədbirin bədii hissəsi Zabitlər evinin ansanblı və məktəbin şagirdlərinin çıxışları ilə davam etdi.

Tədbirin sonunda xatirə şəkli çəkildi, şəhidin büstü önününə tər qərənfillər düzüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi