"Valideyn-müəllim-şagird üçbucağı” layihəsi çərçivəsində işlər davam edir

     Valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi, effektiv kommunikasiyanın qurulması üçün yeni yanaşmaların tətbiq olunması, qarşılıqlı əməkdaşlığın səmərəli müstəviyə köçürülməsi, həmçinin məktəbdə bu istiqamətdə həyata keçirilən təşəbbüslərin bütün təhsil ictimaiyyətinə çatdırılması məqsədi ilə "Valideyn-müəllim-şagird üçbucağı” layihəsinə start verilmişdir.

     Layihənin yüksək səviyyədə təşkili və nəticəyönümlü olması üçün məktəb tərəfindən tədbirlər planı hazırlanmış icrasına başlanmışdır. 

    Tədbirlər planına əsasən layihə çərçivəsində "Könüllü valideyn-məktəbdə" başlığı altında fəaliyyət planlaşdırılmışdır. 

    Fəaliyyət valideyinlərlə əməkdaşlığa əsaslanaraq onların köməyindən istifadə edərək məktəbin idarəolunması, ixtisaslı müəllimlərin əlavə məşğələlərə cəlb olunması, bacarıq və peşələrinə uyğun olaraq öyrədici təlimlərin təşkil olunması və sairə nəzərdə tutulmuşdur. 

      Artıq layihəyədə tədbirlər planında əks olunan fəaliyyətlərin icrasına başlanılıb.Könüllü valideyinlər siyahılaşdırılıb və qrafikə əsasən onlar məktəbə dəvət olunur. 

       3-4 aprel tarixlərində valideyinlər şagird qəbulunda iştirak etdi, dəhlizlərdə növbətçilik və ümumi nəzarətə dəstək oldu və 9-cu siniflərdə buraxılış imtahanına hazırlıq məqsədi ilə ixtisaslı riyaziyyat müəllimləri əlavə məşğələlər keçdi.

      3-4 aprel tarixlərində iştirak edən valideyinlər aşağıdakılardır. 

Məmmədova Vüsalə 

İbrahimxəlilova Günəş

Hümmətova Afaq

Zeynalova Aygül 

Şixbalayeva Şəhriyar 

    Valideyinlərə təşəkkür edirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi