"Dəyərlərimizi qoruyaq " layihəsi çərçivəsində dəyirmi masa keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təhsilalanları milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə “Dəyərlərimizi qoruyaq!” layihəsinə start verilib.

Layihə çərçivəsində ümumi təhsil müəssisələrində “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, “Milli-mənəvi dəyərlər və müasirlik” mövzularında şagird təqdimatlarının, məqalələrin hazırlanması, “Kiçik Akademiya”larda konfransların keçirilməsi, məktəblilərin tarixçilərlə görüşləri nəzərdə tutulur. Eyni zamanda layihə çərçivəsində Novruz bayramına həsr olunmuş tədbirlər, “Açıq dərs”lər, sinif təşkilat saatları, “Dəyirmi masa”, diskusiya, mühazirə, intellektual müsabiqə, yarış və sosial aksiyaların, məktəblilərin əl işlərindən ibarət sərgilərin keçirilməsi, xalqımızın adət-ənənələrinin yer aldığı kinofilmlərin nümayişi, mənəvi dəyərlərimizi əks etdirən guşə və divar qəzetlərinin hazırlanması nəzərdə tutulur.

Məktəbimizdə həmin layihənin tədbirlər planına uyğun olaraq məktəbdaxili tədbirlər planı hazırlanıb və icrasına başlanıb.

Tədbirlər planına uyğun olaraq 19 mart 2024-cü il tarixində Azərbaycan dili və Ədəbiyyat müəllimi Səbinə Nuriyevanın təşkilatçılığı və 11 c sinfinin iştirakı ilə "Dəyərlərimizi qoruyaq " mövzusunda dəyirmi masa keçirildi.

Səbinə müəllim qonaqları salamladıqdan sonra Azərbaycanın milli mənəvi dəyərləri haqqında məlumat verdi. O, Novruz bayramının da milli mənəvi dəyərlərimizdən olduğunu qeyd etdi və şagirdlərə bu barədə araşdırmalarını təqdim etmələrini tapşırdı. Uşaqlar Novruz bayramının yaranma tarixindən, adət - ənənələrindən, yayılmasından, milli - mənəvi dəyər kimi əhəmiyyətindən danışdılar. Daha sonra məktəbin direktoru Xatirə Hacıyeva çıxış edərək Novruz bayramının keçirilməsinin adət - ənənələrin qorunmasının əhəmiyyətindən danışdı. O, uşaqlara Novruz bayramına həsr olunmuş sənədli filmləri, Bahar əyləncələri adlı cizgi filmini izləməyi tövsiyyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi