İdman həftəsi davam edir

1–7 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar elm və təhsil nazirinin müvafiq əmri ilə ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.

Layihə çərçivəsində tərtib edilmiş proqrama əsasən, məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil ediləcək.

Qeyd edək ki, "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağını artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.

Layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, həmçinin bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir

298  nömrəli məktəbdə “İdman həftəsi “ layihəsi uğurla davam edir.

4 mart 2024 -cü il tarixində məktəbin məzunu olmuş güləş üzrə beynəlxalq hakim, əməkdar məşqçi Hüseynağa Əhmədov və uzun illər məktəbdə idman dərsi demiş, çoxlu tələbələr yetişdirmiş Sima Ramazanova ilə akt zalında görüş təşkil olundu.Qonaqları məktəbin direktoru Xatirə Hacıyeva təqdim etdi. Daha sonra uşaqlar onları maraqlandıran sualları qonaqlara təqdim etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi