1a sinfi idman həftəsində

1 – 7 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar elm və təhsil nazirinin müvafiq əmri ilə ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.

Layihə çərçivəsində tərtib edilmiş proqrama əsasən, məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil ediləcək.

Qeyd edək ki, "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağını artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.

Layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, həmçinin bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir

298 nömrəli məktəbdə “İdman həftəsi “ layihəsi uğurla davam edir.1 a sinfinin sinif rəhbəri fiziki tərbiyə dərsində əvvəlcə uşaqlara idman növləri haqqında məlumat verdi. Daha sonra şagirdlər müxtəlif əşyalardan istifadə edərək tenis topları düzəltdilər. Dərsin ikinci hissəsində uşaqlar idman hərəkətləri etdilər, bolinq oynadılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi