Şagirdlərlə söhbət aparılıb

 Son zamanlar sosial şəbəkələrdə məktəblərlə bağlı yayılan videolar, yeniyetmələr arasında bullinq hallarına rast gəlinməsi, müxtəlif situasiyalarda yeniyetmələrin problemi özü həll etmə marağı məktəbdə nizam - intizam qaydalarının daha da möhkəmləndirilməsinə və şagirdlərlə mütəmadi marifləndirici söhbətlərin aparılmasına zəmin yaratmışdır.

28 fevral tarixində məktəbin direktoru Xatirə Hacıyeva yuxarı sinif şagirdləri ilə görüşmüş bu mövzularda uşaqlarla marifləndirici söhbət aparmışdır. O, müxtəlif situasiyalarda şagirdlərin müraciət etməli olduqları şəxsləri onlara xatırlatmış, hansı hallarda şagirdlər hüquq - mühafizə orqanları tərəfindən istintaqa cəlb oluna bilər izah olunmuşdur.

O, məktəbin nizam - intizam qaydaları ilə bir daha tanış olmağı şagirdlərə tövsiyyə etmişdir.

Qeyd etmək istəyirəm ki, hər il məktəb Pedaqoji Şurası tərəfindən məktəbdaxili nizam - intizam qaydaları təsdiqlənir və məktəbin dəhlizində şagirdlərin rahat oxuya biləcəyi yerlərdə asılır.

Eyni zamanda məktəbdə sosial - təhlükəli, risk qrupuna daxil olan, davranış pozuntusu qeydə alınan uşaqlarla müxtəlif istiqamətdə işlər aparılır, onlarla bağlı Fərdi İş planları açılır və işlənir .

Məktəbimizdə valideyinlərin, kənar şəxslərin,müxtəlif qurumların nümayəndələrinin məktəbə girişi sərbəst deyil. Onlar əvvəlcə məktəbin girişində qeydiyyata düşürlər, müraciətlərinin səbəbini bildirirlər daha sonra müraciətlərinə uyğun olaraq şəxslərə yönləndirilirlər. Valideyinlər tədris prosesini izləmək istədikdə əvvəlcə ərizə ilə səbəbini göstərməklə müraciət edir, müəllim razılığı əldə olunduqdan sonra ona tədris prosesini izləmək icazəsi verilir.

Eyni zamanda əgər qəyyumu deyilsə  etibarnaməsi yoxdursa qohumların         (nənə, baba, əmi, dayı, qardaş, bacı, xala, bibi, ögey ata, ögey ananın ) uşaqla bağlı müraciətlərinə baxılmır.

Şagird təhlükəsizliyi məktəbin hər bir kadrının diqqətlə yanaşdığı həssas məsələlərdəndir. Bu qaydalar, bu istiqamətdə valideyinlərin vəzifələri də mütəmadi olaraq valideyin iclaslarında onlara izah olunur. Övladlarının dərsdən sonrakı davranışlarına nəzarət etməli olduqları, onlarla sevgi ilə, sağlam ünsiyyət qurmalı olduqları, valideyin adını daşıyaraq övladları üzərində məsuliyyət daşıdıqları, onların davamiyyətinə, nizam - intizamına cavabdeh olduqları ilə bağlı məlumatlar verilir, marifləndirici görüşlər keçirilir. Konfidisiallıq gözlənilməli məqamlarda valideyinlər fərdi qaydada məktəbə dəvət olunur, onlarla söhbət aparılır.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi