Zəfər sənə yaraşır,Xocalı

26.02.2024-cü il tarixdə Bakı şəhəri İ.Məmmədov adına 298 nömrəli tam orta məktəbdə məktəbin təşkilatçısı Xatirə Rəhimbəyli UBTR Əliyeva Arzu və musiqi rəhbəri Sevinc İmanovanın təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirin keçirilməsində məqsəd günahsız Xocalı sakinlərinin,canını vətən uğrunda qurban vermiş insanların yad edilməsi, gənclərdə vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ edilməsi idi.
Tədbir boyu Xocalı soyqırımını əks etdirən səhənciklər göstərildi, şagirdlərin ifasında mövzuya uyğun şeir və mahnılar təqdim edildi.İşğaldan azad olunmuş Xocalı,orada gedən quruculuq işləri,Xocalı barədə ölkə prezidentinin əmr və sərəncamları haqqında da məlumat verildi.
Məktəbin yeganə xocalılı ailəsinə mənsub 8C sinif şagirdi Əzizova Müjganın çıxışı tamaşaçıları daha çox mütəssir etdi.O, babasının,nənəsinin, atasının Xocalı ilə bağlı ağrılı xatirələri və bu nəslin nümayəndələrinin bu xatirələrlə böyüməsindən, Xocalını hər gün yaşamalarından danışdı.
Sonda məktəbin direktoru Xatirə Hacıyeva tədbirin təşkilatçıları və iştirakçılarına öz təşəkkürünü bildirdi. Tədbirdə iştirak edən Xocalı sakinləri üç şəhid vermiş Əzizovlar ailəsinin üzvləri Əzizova İntizar,Əzizova Aidə, Əzizova Xəyalə, Əzizova Mədinə və Əzizli Yusifi salamlayaraq Xocalı soyqırımını Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millətçilərinin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsi kimi səciyyələndirib şagirdlərə bu tarixi unutmamağı və unutdurmamağı tövsiyə etdi. https://www.youtube.com/watch?v=ahLT-8tUu9A