Beynəlxalq Ana Dili günü

21.02.2024-cü il tarixdə Təşkilatçı Xatirə Rəhimbəyli, UBR Arzu Əliyeva və musiqi dərnəyi rəhbəri Sevinc İmanovanın təşkilatçılığı ilə “Ana dilimizi qoruyaq!” adlı tədbir keçirildi. Tədbir Azərbaycanın Dövlət Himni ilə açıldı. Daha sonra şagirdlər ana dilinin müqəddəsliyinə, tarixi köklərinə, bir millət üçün vacibliyinə həsr olunmuş şeirlər söylədilər, mahnılar oxudular, hazırladıqları kompozisiyaları təqdim etdilər.

Sonda məktəbin direktoru Xatirə Hacıyeva çıxış edərək ana dilinin hər bir millətin milli- mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə kimi dəyərləndirdi.Tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkür edərək hər kəsə öz ana dilinin keşiyində durmağı tövsiyə etdi. https://www.youtube.com/watch?v=Zu0jVWTyG1U

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi