“İbtidai siniflərdə riyazi biliklərin təkmilləşdirilməsi” layihəsi  məktəbimizə nələri qazandıracaq?

 

      Təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün  2017-ci ildən  ildə bir dəfə  “Təhsildə inkişaf və innovasiyalar üzrə    qrant müsabiqəsi”  keçirir.Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” əsasında keçirilir. Müsabiqənin büdcəsi 1900000 ( bir milyon doqquz yüz min) AZN təşkil edir. Müsabiqəyə namizədlər 2 kateqoriya üzrə qatıla bilər: “Ümumtəhsil müəssisələri  kateqoriyası” və “Fərdi  Kateqoriya”. Qrant  müsabiqəsinin illər üzrə iştirak statistikaya nəzər salsaq görərik ki, həm müraciət edənlərin, həm də qalib olanların sayında ilbəil artım var.Layihələrin qiymətləndirilməsi 100bal üzərindən aparılır və həmin bal  aşağıdakı meyarlarla dəyərləndirilir.

Maliyyə səmərəlilik-20,Uyğunluq-5, Orijinallıq-5 , Problemin vacibliyi-10, Fəaliyyət problemi-10 , Məqsəd və vəzifələrin dəqiqliyi-10, Faydalılıq-10, Davamlılıq isə 10 bal .

       2023-cü il VII qrant müsabiqəsi elan olunan kimi  məktəbimiz müsabiqəyə “Ümumtəhsil müəssisələri  kateqoriyası”  üzrə qatılmağa qərar verdi.Müsabiqəyə təqdim etdiyimiz layihə “Texnoloji inkişafın son nəaliyətlərinin və  rəqəmsallaşdırılmış məzmunun təhsildə tətbiqi nominasiyası” üzrə idi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi” çərçivəsində  məktəbimiz, yəni İ.Məmmədov adına  298 nömrəli tam orta məktəb  ümumtəhsil müəssisələri kateqoriyası üzrə "İbtidai siniflər üzrə riyazi biliklərin təkmilləşdirilməsi " layihəsi ilə qalib oldu.

      Bünövrəsi Ümummilli lider, əvəzolunmaz dahi şəxsiyyət tərəfindən qoyulan müasir Azərbaycan bütün sahələrdə olduğu kimi təhsil sahəsində də durmadan inkişaf edir.Müasir təhsilin əsasını elm texnologiya innovasiyanın vəhdəti təşkil edir.Dövrün tələbi ilə ayaqlaşmaq  müxtəlif sahələrdə rəqəmsallaşma ilə də əlaqədardır ki, bu təhsildə də özünün vacibliyini qabarıq şəkildə göstərir.Dünya  sürətlə rəqəmsallaşır və müxtəlif dövlətlər rəqəmsallaşma prosesinin sosial və iqtisadi  həyata daha sürətli inteqrasiyası üçün strategiyalar və proqramlar hazırlayaraq tətbiq edirlər.Bu rəqəmsal transformasiya proseseləri cəmiyyətin bütün sahələrinə ciddi nüfuz edərək, inkişaf üçün geniş imkanlar yaradır.Məlumdur ki, hazırda ölkəmizdə rəqəmsallaşma, İKT sahəsində yeni infrastruktur quruculuğu, müasir texnologiyaların quruculuğu, müasir texnologiyaların tətbiqi və modernizasiyası sahəsində mühüm işlər görülməkdədir.Qeyd etməliyik ki, ölkədə gedən rəqəmsallaşma tədbirlərin tərkib hissəsi kimi, son illər təhsilin rəqəmsal transformasiyası üzrə sistemli və ardıcıl islahatlar həyata keçirilir.Təhsil müəssisələri İKT avadanlıqları və internet bağlantısı ilə təmin olunur, həmin təhsil müəssisələrinin kadrları bilik və bacarıqların artırılması istiqamətində müxtəlif təlimlərdə iştirak edirlər.2020-ci ildən etibarən dünyada baş vermiş “Covid-19” pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimində təhsilə fasilənin verilməməsi təhsil sahəsində həyata keçirilən rəqəmsal fəaliyyətlərin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut etdi.bununla da tədrisin distant formada təşkili məqsədi ilə pandemiya dövründə “Virtual Məktəb” platforması istifadəyə verildi. Bu da  təhsilalanlar üçün təhsilin hamı üçün əlçatan olmasını təmin etdi.Beynəlxalq təhsilin  əlçatanlığında da rəqəmsallaşmanın rolu böyükdür.Belə ki, təhsil sahəsində rəqəmsallaşma vasitəsi ilə hər bir təhsil alan yaşadığı məkan və sosial qurumdan asılı olmayaraq dünyaca məşhur olan pulsuz onlayn “Khan Academy” və ya lokallaşdırılmış  “Khan Academy Azərbaycanca ” təhsil platforması üzərindən bilik və bacarıqlarını inkişaf etdirə bilər və eyni zamanda  beynəlxalq təhsilə inteqrasiya edə bilər. Təhsildə rəqəmsallaşma şagirdə fokuslanmış və şagirdin inkişafını təmin edən bir çox məsələlləri həll edir. Dünyaca məşhur olan “Khan Academy”də şagirdlərin onlayn öyrənməsini təmin etməkdə öz sözünü deyib. “Khan Academy”nin bütün təhsil materiallarını Azərbaycan dilinə lokallaşdırılmasını hədəfləyən “Khan Academy Azərbaycanca ”nın əsas məqsədi orta məktəb şagirdlərinin müxtəlif fənlər üzrə biliklərinin mükəmməlləşdirilməsini təmin etmək və onların rəqəmsal təhsil platformalarından istifadə ilə bağlı bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.    

         Heydər Əliyev deyirdi:  “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətinin həyatının, fəaliyyətinin mühüm bi sahəsidir.” Təhsil həyatımızın bir hissəsidir. İnkişaf etmək, cəmiyyətdə öz yerini tapmaq üçün insan mütləq təhsil almalı və müasir təhsillə ayaqlaşmalıdır. Lakin dünyanın hər yerində olduğu kimi bir ölkədə bütün uşaqlar eyni dərəcədə iqtisadi və sosial imkanlara malik olmurlar və bu da  nəticədə onların  keyfiyyətli təhsil almasına təsir edir. Keyfiyyətli təhsildən kənarda qalmamaq üçün beynəlxalq pulsuz onlayn təhsil platforması hər bir təhsilalan  üçün bərabər imkanlar yaradır. Təhsildə rəqəmsallaşmanın digər üstün cəhəti şagirdin dərsi qavrama sürətinin tənzimləməsidir.Yəni, hər bir şagirdin xüsusi bir dərsi qavraması başqa şagirdlə müqayisədə daha yavaş və ya daha sürətli ola bilir.Belə olduğu halda hər bir şagird öz sürətinə uyğun olaraq müəlliminin təyin etdiyi və ya özünü seçdiyi məsələni, tapşırığı və ya video təlimatı istədiyi qədər izləyib və məsələni həll edə bilər. Bəzən şagirdlər tapşırığı başa düşmədiyi halda müxtəlif  səbəblərdən təkrar soruşmağa çəkinir və nəticədə mövzunun tam qavranılmasında boşluqlar yaranır.Sürətli, qavraması yaxşı olan uşaqlar tez bir halda  tapşırığı bitirir. Əgər müəllimin fərdi yanaşması zəifdirsə və ya sinifdə uşaqların sayı çoxdursa şagirdin yavaş-yavaş geri qalmasına və ruhdan düşməsinə səbəb olur.Nəticədə şagird dərsi başa düşmürsə, ya məktəbə getmək istəmir, ya da həmin dərsə qarşı nifrət yaranır.Məktəbimizdə valideynlərin əksəriyyəti evdə də övladına dəstək ola bilmir.Çünki ya hər iki valideyn işləyir, ya da  vaxtında təhsil ala bilmədiklərindən  akademik bilikləri zəifdir övladlarına kömək edə bilmirlər.Ona görə də “ustalaşaraq öyrənmə ” dediyimiz vacib ifadə köməyə gələ bilər.Bu ifadə şagirdlərin hər hansı bir şəxs olmadan öz-özünə bilik və bacarıqlarını inkişaf etdirməsindən ibarətdir.Lakin şagirdlərin bunu etmələri üçün ilkin olaraq onların interaktiv şəkildə mövzu üzrə video təlimatları izləyib və tapşırıqları həll edə biləcəkləri alternativ onlayn platformalarına sahib olmaları lazımdır.Ona görə də mən belə bir layihəyə müraciət etdim.Çünki layihə çərçivəsində uşaqları həmin platformalardan biri olan  “Khan Academy Azərbaycanca ” ilə tanış edəcəyik və onların bu platformanın bütün funksiyalarını istifadə etmələri üçün tələb olunan bütün bacarıqlara sahib olmalarına nail olacağıq.Digər məsələ isə müəllimlərin şagirdlərə tapşırıq verməsi və onların yoxlanılmasının uzun və çətin proses olması ilə bağlıdır. Məlumdur ki, şagirdin öyrənmə  təcrübəsini  təkmilləşdirən ən vacib nüanslardan biri tapşırıqlardır.Lakin bəzən tapşırıqların yoxlanılması dərs vaxtından çox aldığı üçün tədris kifayət qədər effektiv olmaya bilir.Bu mərhələdə təklif etdiyimiz  “Khan Academy Azərbaycanca ” platformasından istifadə bizə böyük dəstək ola bilər.Belə ki, müəllimlər platformanı istifadə edərək şagirdlərə tapşırıq verə bilər və şagirdlərin nəticələrini onlayn hesabat halında analiz edə bilərlər. Belə olduğu halda müəllimlər şagirdin nəticəsini individual olaraq  tapşırıqlar üzərindən analiz  etdikdən sonra onun hansı nəyi daha yaxşı, nəyi nisbətən zəif qaradığını müəyyən edə bilər. Nəticədə müəllim sinfin ümumi göstəricisinə baxaraq hansı alt standartın xüsusi olaraq yenidən baxılması ilə bağlı dəqiq fikrə sahib olacaq.Bütün bunları nəzərə alaraq biz də bu platformanın məktəbdə tətbiqinə yönəldik. 9 aylıq layihənin icrasına artıq sentyabr ayından start verilmişdir.15 -30 sentyabr tarixlərində ilkin hazırlıq mərhələsi həyata keçirildi.Bu mərhələdə texniki avadanlıqlar alındı, müəllimlərə təlimlər keçirildi, şagirdlərin  dərsdən sonra “Khan Academy Azərbaycanca ” dərslərində iştirak etmələrinə dair valideynlərindən icazə alındı,  platformada  müəllim və şagirdlər üçün fərdi hesablar açıldi.

     Layihənin açılış tədbirində “Khan Academy”nin Azərbaycancandakı rəsmi nümayəndəsi Leyla Qasımova çıxış edərək bildirdi ki, “Khan Academy Azərbaycanca ” hər kəs üçün hər yerdə və hər zaman Azərbaycan dilində dünya səviyyəli ödənişsiz onlayn təhsil təqdim etməyi hədəfləyən qeyri-kommersiya, qeyri-hökumət və siyasi tərəfdarlığı olmayan təşkilatdır.Onlayn təhsil platforması hər yaşda tələbə və mütəxəssislərə fərdi onlayn təhsil alma imkanı yaradır.Tədris materialları riyaziyyat, tarix, incəsənət, fizika, astronomiya, kimya, biologiya, səhiyyə və tibb, elektrik mühəndisliyi, kompüter elmləri, proqramlaşdırılma, incəsənət tarixi,iqtisadiyyat və bir çox digər sahələri əhatə edir.   “Khan Academy”  təhsil platforması sinif və auditoriya daxilində və xaricində fərdi tempə uyğunlaşmış təlim və təlimat videoları üçün təlim imkanlarını təklif edir, istifadəçilərin, valideyn və müəllimlərin platformaya girişi ilə yanaşı, fərdi təhsi tablosu yaratmağı da mçümkün edir. Xüsusi məzmunlu mövzular isə yüksək səviyyəli mütəxəssislər, NASSA, Müasir İncəsənət Muzeyi, Kaliforniya Elmlər Akademiyası və Massaçusets texnologiya institutu(MTİ) kimi təşkilatların ekspertləri tərəfindən təqdim edilib. “Khan Academy ”nin Azərbaycanda nümayəndəliyi tədris mövzularının yerli dildə tətbiqini və “Khan Academy ” təhsil platformasının təhsilalanlara tanıdılması üçün  lazım olan bütün tədbirləri görür.   “Khan Academy Azərbaycanca ”nın videolar və tapşırıqları milli kurikuluma tamamilə uyğundur və lokallaşdırılmış videolar Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində olan onlayn tədris portalında yayımlanır. “Khan Academy” haqqında geniş məlumat verdi. Bildirdi ki, Eyni zamanda məktəbin direktoru və layihənin rəhbəri kimi mən təlimçi müəllimlərə  və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavininə dərslərin aparılması , şagirdlərin dərsə cəlb olunması ilə bağlı məlumat verdim. Beləliklə layihə üzrə dərslərin keçirilməsinə başlandı.Məktəb üzrə 1-ci və 4-cü siniflərdən (ümumilikdə 240 şagirdin )   platforma üzərindən mentor müəllimlər ( Vəlizadə  Sahibə  və  Əliyeva Xalidə ) tərəfindən dərslərə cəlb olunacaqlar.Bununla yanaşı digər ibtidai sinif müəllimlərinə də platforma izah olunmuşdur.

 Tədris proqramına uyğun  olaraq onlara layihənin tətdbiqinə icazə verilmişdir. Platformada  yazılı məzmunun artırılması və davamiyyəti saxlamaq üçün “Khan Academy Azərbaycanca ” tərcüməçiləri  mütəmadi işləyir və tapşırıqları yerləşdirir. Hər dərs zamanı mentor müəllimlə yanaşı “Khan Academy Azərbaycanca ”nın mentoru     Xədicə Bayramova iştirak edir və gedişatda yaranan hər bir problemi aradan qaldırmağa çalışır.Sevindirici haldır ki, istər 1-ci, istər 4-cü siniflər layihəyə xüsusi maraq göstərir, onlar gunbəgün platformanın bütün funksiyalarını öyrənirlər. Şagirdlər əylənərək biliklərini artırır və fərdi öyrənmə bacarıqlarını inkişaf etdirirlər.

 

 

      Məqaləni hazırladı  “İbtidai siniflərdə Riyazi biliklərin təkmilləşdirilməsi” layihəsinin rəhbəri, 298 №-li məktəbin  direktoru - Hacıyeva Xatirə Rəfail qızı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi