Sinif təşkilat saatları 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunub

Sinif təşkilat saatlarında Azərbaycan Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şagirdlərin 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr etdikləri müxtəlif formalı təqdimatları dinlənilib, müzakirələr edilib, əl işləri, rəsmlər nümayiş olunub. Şagirdlər canını Vətənin azadlığı uğrunda qurban vermiş şəhidlərə həsr olunmuş şeirlər söyləyib, vətənpərvərlik musiqiləri səsləndiriblər.

Sinif rəhbərləri əlavə məlumat verərək məktəblilərin mövzu haqqında düşüncələrini bir az da genişləndiriblər.

20 Yanvar faciəsi Vətən müharibəsinin başlanğıcı kimi xarakterizə olunaraq bütün şəhidlər qürurla, fəxrlə anılıb. https://fb.watch/pJIq8SMFw_/

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi