Ümummilli Lider Heydər Əliyev anılıb

Məktəbin illik Fəaliyyət Planının 1.4.1.8-ci bəndinə müvafiq olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq məktəbdə keçırılən tədbirlərdən biri də “Sən elə bir zirvəsən ..”adlı  ədəbi-bədii kompozisiya oldu. Dekabrın 12-də məktəbin təşkilatçısı Xatirə Rəhimbəyli və musiqi dərnəyinin rəhbəri Sevinc İmanovanın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlərin ifasında Ulu öndərin həyat və yaradıcılığı barədə yığcam məlumat verildi,dahi şəxsiyyətə  həsr olunmuş şeirlər və mahnılar səsləndirildi.

Sonda məktəbin direktoru çıxış etdi.O, dahi şəxsiyyət Heydər Əliyevin həyatı,fəaliyyəti,təhsilə,elmə,uşaq və gənclərə verdiyi dəyər barəsində ətraflı çıxış etdi, məktəbdə keçirilən belə tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğuladı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi