İBTİDAİ SİNİFLƏR ÜZRƏ RİYAZİ BİLiKLƏRİN TƏKMİLLƏŞDİRİLMƏSİ "LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ DƏRSLƏR BAŞLAYIB

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi” çərçivəsində Bakı şəhəri 298 nömrəli tam orta məktəb "İbtidai siniflər üzrə riyazi biliklərin təkmilləşdirilməsi " layihəsi ilə qalib olmuşdur.

Layihənin əsas məqsədi "Khan Academy" onlayn riyaziyyat video dərsləri və tapşırıqları vasitəsi ilə şagirdlərin riyaziyyat və rəqəmsal biliklərini inkişaf etdirmək, fərdi ve əyləncəli öyrənməyə onları istiqamətləndirmək və uşaqlarda dərsə qarşı marağı artırmaqdan ibarətdir.

Layihə çərçivəsində məktəbin iki riyaziyyat müəllimi Vəlizadə Sahibə və Əliyeva Xalidə mentor müəllim olaraq fəaliyyət göstərəcəklər.

Buna görə də direktor müavini Mahirə Nuriyeva tərəfindən layihədə iştirak edəcək ibtidai siniflərin cədvəli hazırlanmışdır .

Cədvələ müvafiq olaraq layihəyə qoşulmuş hər uşaq sonda 16 dərs almış olacaq ki, bu da Khan Akademi platformasından gələcəkdə sərbəst yararlanmağa kömək edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi