"İBTİDAİ SİNİFLƏR ÜZRƏ RİYAZİ BİLiKLƏRİN TƏKMİLLƏŞDİRİLMƏSİ" LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLİB

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi” çərçivəsində Bakı şəhəri 298 nömrəli tam orta məktəb "İbtidai siniflər üzrə riyazi biliklərin təkmilləşdirilməsi " layihəsi ilə qalib olmuşdur.
Layihənin əsas məqsədi "Khan Academy" onlayn riyaziyyat video dərsləri və tapşırıqları vasitəsi ilə şagirdlərin riyaziyyat və rəqəmsal biliklərini inkişaf etdirmək, fərdi ve əyləncəli öyrənməyə onları istiqamətləndirmək və uşaqlarda dərsə qarşı marağı artırmaqdan ibarətdir.
Layihə çərçivəsində məktəbin akt zalında növbəti görüş keçirildi.
"Khan Akademy"- nin Azərbaycandakı rəsmi nümayəndəsi Leyla Qasımova çıxış edərək layihə çərçivəsində keçiriləcək dərslər barədə müəllimləri təlimatlandırdı. Dərs prosesinin təşkili, hesabatların hazırlanması, şagirdlərin qeydiyyatdan keçirilməsi qaydaları izah olundu. Daha sonra aktiv müzakirə nəticəsində dərslərin cədvəlinin necə tərtib olunacağı müəyyənləşdirildi, "Khan Akademy" - nin nümayəndələri tərəfindən platformaya müəllimlərin qeydiyyatı aparıldı, 1 a sinfindəki şagirdlərin qeydiyyat prosesi əyani aparılaraq müəllimlərə bu proses izah olundu. Daha sonra planşetlərə baxış keçirildi, hər birində platforma aktivləşdirildi və dərs prosesinə keçid izah olundu.