"İBTİDAİ SİNİFLƏR ÜZRƏ RİYAZİ BİLiKLƏRİN TƏKMİLLƏŞDİRİLMƏSİ" LAİYİHƏSİNİN AÇILIŞ TƏDBİRİ OLUB

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi” çərçivəsində Bakı şəhəri 298 nömrəli tam orta məktəb "İbtidai siniflər üzrə riyazi biliklərin təkmilləşdirilməsi " layihəsi ilə qalib olmuşdur.

Layihənin əsas məqsədi "Khan Academy" onlayn riyaziyyat video dərsləri və tapşırıqları vasitəsi ilə şagirdlərin riyaziyyat və rəqəmsal biliklərini inkişaf etdirmək, fərdi ve əyləncəli öyrənməyə onları istiqamətləndirmək və uşaqlarda dərsə qarşı marağı artırmaqdan ibarətdir. .

Məktəbin akt zalında layihənin açılış tədbiri keçirildi. Tədbirdə "Khan Akademy" nin nümayəndələri , müəllimlər iştirak etdi.

Məktəbin direktoru layihə haqqında məlumat verdi . Bildirdi ki, layihədən məktəb üzrə 240 şagird yararlanacaq.

"Khan Akademy"- nin Azərbaycandakı rəsmi nümayəndəsi Leyla Qasımova çıxış edərək "Khan Akademy" haqqında geniş məlumat verdi. O , layihənin uşaqlar üçün faydalı tərəflərini izah etdi və şagirdlərin gələcəkdəki təhsilində rolundan danışdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi