Dərs dinləmələr davam edir

Sinif: 2A

Fənn: Riyaziyyat

Müəllim: Əsgərova Brilyant

Mövzu: Vurma

Standart: 1.2.8 Vurma əməlini ədədin bərabər toplananların cəmi kimi modelləşdirir.

1.2.1 Vurma və bölməni müxtəlif yollarla modelləşdirir.

Müəllim ilk olaraq sinfə sualla müraciət edir:

Ekranda verilmiş şəkildə olan çiyələklərin ümumi sayını necə hesablaya bilərik? Şagirdlər müxtəlif cavablar səsləndirirlər.

Daha sonra bir neçə şagirdin fikirləri üzərində dayanaraq vurmanı təkrar toplama kimi modelləşdirməklə, ritmik saymaqla ekranda nümayiş etdirilən şəkillər əsasında hesablamalar aparıldı. Müəllimin istiqamətləndirməsi əsasında kitabdakı tapşırıqlar işlənildi.

Müəllim standart və mövzu əsasında tələb olunan informasiyaları ümumiləşdirdikdən sonra şagirdlərə fərdi olaraq tapşırıqlar verdi. Dərsin bu hissəsində müəllim diferensiallaşmanı təmin etməyə nail olmağı bacardı. Çünki, bir neçə şagirdin tapşırığı şagirdin potensialına uyğun tərtib edilmişdi. Tapşırıqlar yoxlanıldı, səhvlər üzərində iş aparıldı.

Şagirdlər ekranda mövzuya aid qurulmuş əyləncəli oyun oynadılar. Oyunda modelə uyğun vurmanı modelləşdirdilər, bacarıq düzgün icra olunduqda şagirdin topladığı xal ekranda göstərildi.

Dərsdən sonra müəllimlə müzakirə aparıldı, dərs təhlil edildi. Dərsin müsbət tərəfləri və inkişafa ehtiyacı olan tərəfləri ayırd edildi. Müəllimə bu istiqamətdə metodik dəstək göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi