BAYRAQ GÜNÜNÜZ MÜBARƏK!!!

 

Bax,bu günü deyirdik 28-30 il hər toplantımızda,hər yığıncağımızda.Bu Bayraq gününü ...İnanırdıq ,ümid edirdik inanmayanlara,dodaq büzənlərə rəğmən."Ucadan və inamla danışın!"-deyirdik körpə balalarımıza...Onlar da biz istədiyimiz və gözlədiyimizdən də uca və inamlı səslə deyirdilər şeirlərini...Onlar inanırdılar o məsum ,saf,təmiz qəlbləriylə bu günün gələcəyinə."İnşaALLAH,növbəti Bayraq Günümüzü Şuşada,Cıdır düzündə keçirərik " deyəndə elə ürəkdən əl çalır,elə şirin gülürdülər ki...Uca Yaradan eşitdi o saf,tərtəmiz duaları,şükür!

Bir az böyüklərin--"ağ bilet "almış ,artıq özünü döyüşçü sananların isə üzündə bir qəzəb ,qisas hissi dolaşırdı.Gözlərinin bulağında yaş,yumruqları düyünlənmiş,dodaqları əsməsin deyə dişləri ilə tutulmuş vəziyyətdə.28-30 il bu vəziyyətdə qalmaq və ürəyindəki o qəzəb-qisas hissini,ümidi-inamı sönməyə qoymamağın özü qəhrəmanlıq idi.Qəhrəmanlar böyüyürdü...Hətta onların övladları da doğuldu bu uzun müddətdə,qəhrəmanların qəhrəman övladları...Bu gün üçün doğuldular,bu gün atalarının yazdığı yeni tarixə alqış demək üçün.

Dünya siyasətinin minbir oyununu yola verib milləti,xalqı,vətəndaşları üçün sağlam,doğru və pozulmaz yol çəkmək üçün ölkə rəhbərliyi çox çalışdı,çox əziyyətlər çəkdi.Çökmüş iqtisadiyyatı ayaqüstə qaldırdı,öz sözünü deyə bilən hərbi qüvvələri səfərbər etdi,siyasi gedişlərini müəyyənləşdirdi,insanların rifah halını yüksəltdi və beləliklə,öz sözünü deyə,Vətəninə,millətinə,xalqına,bütün vətəndaşlarına ...valideynlərinə verdiyi sözə əməl edə bildi...Bu Bayraq Günü başqa bir Bayraq Günü!Sözə-söhbətə sığmayan,nağıla dastana yerləşməyən,bayatıda-laylada aşıb-daşan bir Bir Bayraq günü.Qarabağlı,Şuşalı bir bayraq günü!!!Şuşanın minarəsində dalğalanıb külli-Qarabağa azadlıq-istiqlaliyyət,səadət və sevinc səpələyən,düşmənlərin gözünə ox olub batan bir BAYRAQ GÜNÜ!!!

Bu günü bizə yaşadan hər kəsə--öz qətiyyət və cəsarəti ilə dünya dövlətlərinə əsl rəhbər,sərkərdə simasını sərgiləyən ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV olmaqla bütün əsgər və zabitlərimizə və öz vəzifəsi çərçivəsində döyüşçü olnan insanlara dərin minnətdarlığımızı bildirir ,onlara sağlıq,səadət uzun şərəfli ömür arzulayırıq!!!

Və bu məqamda ürəyi bizimlə döyünən dost xalqları,dost millətləri,daima Haqqın,ədalətin yanında olan dövlətləri öz mənəvi,maddi dəstəyinə görə unutmur,onlara sevgi sayğılarımızı ünvanlayırıq."Yaşasın Qardaşlıq!" deyirik.

 

Xatirə Rəhimbəyli

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,AYB-nin üzvü,Prezident təqaüdçüsü

Bizi bu amal birləşdirir:"Yaşasın insan və insanlıq!Yaşasın Haqq və ədalət!Yaşasın doğruluq!!!"

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi