8 Noyabr Zəfər gününə həsr olunmuş tədbir keçirildi

 

    “7-dən 17-yə vətənpərvər! “ layihəsi çərçivəsində Sahibə Daşdəmirovanın rəhbərlik etdiyi 6C sinif şagirdləri ilə hazırladığı “Zəfərin mübarək,Azərbaycan!” adlı ədəbi-bədii kompozisiya nümayiş olundu.

    Tədbir dövlət himni ilə başladı, mövzu ilə bağlı şeirlər səsləndirildi, videoçarxlar nümayiş etdirildi, səhnəciklər təqdim olundu.

Sonda məktəbin direktoru X.Hacıyeva çıxış etdi.O,öz çıxışında dəmir yumruğa dönmüş xalqın qazandığı qələbənin möhtəşəmliyindən, Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik bacarığından, Azərbaycan ordusunun qüdrətindən söz açdı,şagirdlərin şəhidlərin qanı bahasına qazanılmış qələbəyə layiq olacaqlarına inandığını bəyan etdiTtəşkilatçı müəllimi və şagirdləri təltif etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi