Qarabağ təbiətinə həsr olunmuş tədbir keçirildi

Məktəbin biologiya müəllimi Afaq Qəniyevanın təşkilatçılığı ilə "İşğaldan azad olunmuş ərazilərin flora və faunası "adlı tədbir keçirilldi.Tədbirin keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin vətənə bağlılıq,vətənə məhəbbət duyğuları aşılamaq,erməni vandallarının Qarabağın flora və faunasına vurduğu ciddi zərbə haqqında məlumat vermək və onların aradan qaldırılması yolları barədə düşüncələr formalaşdırmaq idi.

Tədbirdə Afaq Qəniyeva təbiətin nadir inciləri haqda məlumat verdi, şagirdlər də uyğun olaraq Azərbaycan, xüsusilə də Qarabağ təbiətini tərənnüm edən şeirlər söylədilər.

Sonda məktəbin direktoru Xatirə Hacıyeva çıxış etdi və tədbirin təşkilatçısı Afaq Qəniyevaya Zəfər bayramı münasibəti ilə Azad Həmkarlar Təşkilatı adından Fəxri Fərman və hədiyyə təqdim etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi