"Əbədidir qələbəmiz" adlı ədəbi-bədii kompozisiya

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində  27 sentyabr Anım Günü ilə bağlı tədbirlər təşkil olunub.

Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən Bakı şəhəri  298 nömrəli tam orta məktəbdə  "Əbədidir qələbəmiz" adlı ədəbi-bədii kompozisiya təşkil olundu.

Kompozisiyada 27 sentyabr gününün özəlliyi, Qarabağ müharibəsinin zirvə nöqtəsi olması, aparılan uzunmüddətli siyasətin həlledici məqamı olduğu vurğulandı, vətənə, qəhrəmanlığa, şəhidlərimizə həsr olunmuş şeirlər söylənildi, mahnılar oxundu.

Sonda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Nuriyeva çıxış etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi