Milli Musiqi günü

Ölkəmizdə 1995-ci ildən  başlayaraq hər ilin 18 sentyabr günü - Üzeyir Hacıbəyovun doğum günü musiqi bayramı kimi qeyd olunur. Bu il də 18-28 sentyabr 2023-cü il tarixləri arasında Üzeyir Hacıbəyovun yaradıcılığına həsr edilmiş XV  Beynəlxalq musiqi festivalı keçirilir. Azərbaycan Mədəniyyət Nazirliyinin təklifinə əsasən  festival müddəti ərzində Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində dərslərarası fasilələrdə  dahi bəstəkarın musiqiləri səsləndirilməsi məqsədəuyğun hesab olunmuşdur. Məktəbimiz də bu təklifə həvəslə səs vermiş, həm şagird qəbulu zamanı, həm tənəffüslərdə, həm sinif  təşkilat saatlarında, həm də musiqi dərslərində dahi bəstəkarın musiqiləri səsləndirilmiş, şagirdlərə onun haqqında geniş məlumat verilmişdir. 7B sinif şagirdləri Fəridə, Zeynəb və Güləbətin  sənətkarın məşhur “Arşın mal alan “ operettasından  “Qızların rəqsi”ni ifa etmişlər.   https://www.youtube.com/watch?v=QlEdruv3QpI        https://fb.watch/n9FpRMS_AV/

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi