İlk dərs günü

15.09.2023-cü il tarixdə Bakı şəhəri İ.Məmmədov adına 298 N-li tam orta məktəbdə yeni tədris ilinin başlanması münasibəti ilə tədbir  keçirildi.Tədbiri Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı.Daha sonra  məktəbin direktoru Xatirə Hacıyeva çıxış etdi.Natiq məktəbin ötən tədris ilində qazandığı uğurlardan, buraxılış siniflərinin əldə etdiyi nəaliyyətlərdən,bilik yarışları, olimpiada və yaradıcılıq müsabiqələrindəki müvəffəqiyyətlərdən söz açdı.Növbəti tədris ilində də pedaqoji kollektiv,şagirdlər və valideynlərin birgə əməyi sayəsində daha böyük uğurlara imza atılacağından söz etdi, tədbir iştirakçılarını ilk dərs günü münasibəti ilə təbrik etdi.Sonra o, sözü möhtərəm qonaq  Binəqədi rayon İcra Başçısının müavini Sevinc Süleymanovaya verdi. S.Süleymanova da öz növbəsində ilk dərs günü münasibəti ilə pedaqoji kollektivi və şagirdləri, xüsusən də tələbə adı qazanmış məzunları və bu il  ilk dəfə məktəbə qədəm qoyan birinciləri təbrik etdi. Daha sonra şagirdlərə azad vətənin azad övladları olduqlarını xatırlatdı və qeyd etdi ki, bu günü bizə müstəqil Azərbaycanın qurucusu mərhum Heydər Əliyev və əbədiyaşar şəhidlərimiz, qazilərimiz bəxş etmişdir.

Sonra 298 nömrəli məktəbin "Məktəb himni "səsləndirildi, Şagirdlərin ifasında"Zəfər rəqsi" nümayiş olundu.

Sonda 2023-2024-cü tədris ilinin ilk zəngi səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi