İlqar Məmmədovun anadan olmasının 49-cu il dönümü qeyd olundu
8 aprel 2023-cu ildə məktəb adını daşıdığı İlqar Qabil oğlu Məmmədovun ad günü münasibəti ilə tədbir keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin orkesti, şəhidin anası və yaxınları, Binəqədi qəsəbə İcra nümayəndəsi və əməkdaşları, şəhidin sinif yoldaşları, məktəbin müəllim və şagird kollektivi iştirak etdi .
Tədbir Ümummilli lider Heydər Əliyevin və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başladı.
Müdafiə Nazirliyinin canlı orkestri tədbir boyu vətəpərvərlik marşları səsləndirdilər və məktəbin şagirdləri bədii kompozisiya ilə çıxış etdilər .
Şəhidin sinif yoldaşı Arzu xanım onun haqqında xatirələrini bölüşdü.
Müdafiə Nazirliyinin nümayəndəsi II Qarabağ müharibəsində igidliklə vuruşmuş və qazi olmuş polkovnik leytenant Rüfət Məmmədov çıxış edərək şəhidlərə daima borclu olduğumuzu bildirdi, şəhidin anası Şərifə xanıma bu cür oğul böyütdüyü üçün təşəkkür etdi və əllərindən öpdü.
Məktəbin direktoru Xatirə Hacıyeva çıxış edərək belə tədbirlərin keçirilməsinin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynadığını bildirdi. Qeyd etdi ki, məktəbdə şəhidlərin xatırlanması, onların tanıdılması istiqamətində mütəmadi işlər aparılır. Eyni zamanda O, tədbirdə xüsusi iştirakına görə Müdafiə Nazirliyinin orkestrinə təşəkkür etdi.
Sonda xatirə şəkli çəkildi.