7-ci siniflərdə monitorinq keçirildi

Tədris pedaqoji prosesinin idarə edilməsi, şagird nəaliyyətlərinin izlənilməsi, həm ibtidai, həm də yuxarı siniflər üçün nailiyyətlərin yüksəldilməsi, problemlərin aşkar olunması və problemlərin həll olunması, müəllimlərə metodik dəstək olunması məqsədi ilə bütün siniflərdə monitorinqlərə start verilmişdir.

Bunun üçün məktəbdaxili qrafik hazırlanmış siniflər üzrə keçiriləcək fənlər müəyyənləşdirilmiş və bununla bağlı məktəbdaxili əmr imzalanmışdır.20 aprel tarixində növbəti monitorinq VII siniflərdə baş tutdu. Şagirdlər Microsoft formsda hazırlanmış 30 test tapşırığını 40 dəqiqə ərzində yerinə yetirdilər. Monitorinq kimya, biologiya, coğrafiya fənn suallarını əhatə edirdi. İmtahanın şəffaflığının təmin olunması üçün məktəbin coğrafiya müəllimi Rzazadə Tuqay, riyaziyyat müəllimi Vəlizadə Sahibə və ingilis dili müəllimi Aslanova Sahilə siniflərdə şagirdlərin kameraları açıq şəkildə test tapşırıqlarını yerinə yetirməsinə nəzarət etmişdir.

Monitorinqlərin təşkilində və idarəedilməsində göstəkdikləri köməyə görə adı çəkilən müəllimlərə təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi