12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür.

12.12.2019-cu il ...07:30...298 №-li tam orta məktəb...Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətləri olan Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin anım günü...Gənclərin məsum sifətlərinə qonmuş kədər...Məktəb Ulu öndəri anır... ilə əlaqədar 298 №-li məktəbdə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılmışdır. Məktəbdaxili tədbirlər planına uyğun olaraq inşa yazı müsabiqəsinin, rəsm işlərindən ibarət sərginin, açıq dərslərin, təşkilat saatlarının, “Dəyirmi masa” və “Ədəbi bədii kompozisya” nın keçirilməsi planlaşdırılmışdır. 11 dekabr tarixində şagirdlərin hazırladıqları inşa yazı işləri, divar qazetləri və rəsmlərdən ibarət sərgi təşkil edilmişdir. Sərgidə nümayiş olunan işlərdə Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı, çoxşaxəli fəaliyyəti əks etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi