Olimpiada qalibi

             40-dan çox yerli və beynəlxalq olimpiadaların qalibi ,məntiqi  və riyazi bacarığı ilə fərqlənən V ”C” sinif şagirdi Murad Məmmədli haqqında dəfələrlə paylaşımlarımız olub. Sevindirici haldır ki, İstanbulda keçirilən Türk dünyasının ilk Beynəlxalq Riyaziyyat Olimpiadasında Murad da iştirak etmiş və Vətənə 2 qızıl medalla dönmüşdür. TIMO ( Riyazaiyyat Olimpiadası)  və UAMO ( Məntiq ) olimpiadalarında yüksək nəticə göstərən Murad məktəb yoldaşları tərəfindən böyük izdihamla qarşılandı  və rəhbərlik  tərəfindən diplomla mükafatlandırıldı.Daha sonra Murad sinif yoldaşları ilə səfərlə bağlı təəssüratlarını bölüşdü,ailəsinə və müəllimlərinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi.

            Biz də kollektiv adından Beynəlxalq Olimpiada Sertifikatı almış Muradımızı təbrik edir, yüksək nailiyyətlər və təhsil uğurları arzu edirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi