Tarixin daş yaddaşı

             Asudə vaxtın səmərəli təşkili məqsədilə sinif müəllimi Rubiyə Hüseynova  rəhbərlik etdiyi  II “ A” sinif şagirdləri ilə birlikdə Qobustan Dövlət Tarixi- Bədii Qoruğunda ekskursiyada oldu. Qoruq Azərbaycan torpağının çox qədim tarixi olduğunun tam sübutudur. Muzeydəki tarixi, bədii  abidələr şagirdlərin böyük marağına səbəb oldu.Qayaların əzəmətli duruşu, üzərindəki şəkillər qədim yaşayış məskəninin sakinləri haqqında sözsüz məlumat verirdi. Uşaqlar şəkillərə baxaraq maraqlı açıqlamalar verirdilər.Şagirdlər insanların hansı işlə məşğul olduqlarını və  geyimlərini qayaüstü təsvirlərdən izləyirdilər. Əl-ələ tutmuş insan fiqurları onları çox düşündürdü. Bu haqda məlumat alandan sonra hər şeyi başa düşdülər. Təsvirlər sanki keçmişdən bu günə maraqlı hekayələr daşıyırdı. Şagirdlər həvəsə gəlib qayalar üzərində şəkillər cızmağa çalışdılar. Bu ,onların çox xoşuna gəldi, özlərini bir anlıq o dövrdə hiss etdilər.Uşaqlar şəkillərdəki  heyvanlarla maraqlandılar, adlarını öyrəndilər.Tarixin daş yaddaşı uşaqların yaddaşına həkk olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi