COP 29 nədir ?

            Məktəbdə iqlim dəyişikliyi və COP  ilə bağlı maarifləndirmə işinin aparılması məqsədilə coğrafiya müəllimi Səidə Əzimova  VI”C” sinfində “COP 29 nədir? “ mövzusunda dərs keçdi.   Müəllim qeyd etdi ki , COP BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. COP bu konvensiyanın ən üst qərarverici qurumudur və konvensiyaya tərəfdaş olan, onu ratifikasiya edən ölkələr (hazırda 198 ölkə) COP-da təmsil olunur. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir.  Daha sonra şagirdlərə  Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP 29-la bağlı hazırlanmış videoçarxlar, sənədli filmlər nümayiş etdirildi və onları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi