Reproduktiv sağlamlıq

             “ Reproduktiv sağlamlığın tədrisi “ layihəsi üzrə təlimçi, psixoloq Leyla Hacıyeva məktəbin VI siniflərinin qızları ilə maarifləndirici görüş keçirdi. Görüşün məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir. Seminar zamanı reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verildi, onlara sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olundu. Leyla xanım bildirdi ki, gələcək nəslin sağlam böyüməsi cəmiyyətimizin ən mühüm  məsələsidir.Tədbirin sonunda videoçarx nümayiş etdirildi  və şagirdlərin sualları cavablandırıdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi