Aprel döyüşləri - Qələbənin başlanğıcı

             Məktəb kitabxanasında V sinif şagirdlərinin iştirakı ilə ’’Aprel döyüşləri qələbənin başlanğıcı “ mövzusunda tədbir keçirildi. Əvvəlcə kitabxanaçı Yaqut Baxşəliyeva 2016 -ci ilin aprel ayında erməni təcavüzkarlarının atəşkəs rejimini pozması və Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı barədə danışdı, Seysulan məntəqəsi , Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə və Talış kəndi ətrafındakı  yüksəkliklərin düşməndən  azad edilməsi haqqında geniş məlumat verdi.Qeyd etdi  ki, Azərbaycan Ordusu  tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin həyata keçirilməsi  gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Bu uğurlu döyüşlər  Silahlı Qüvvələrimizin gələcəkdə qazanacağı qələbələrin yalnız başlanğıcı oldu. Daha sonra şagirdlərin ifasında şeirlər  səsləndirildi, Aprel döyüşləri zamanı şəhid olan igidlər barədə məlumatlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi