Sosial davranış qaydalarına əməl edək

             Məktəbin həkimi Elza Məhərrəmova ibtidai və yuxarı sinif şagirdləri ilə görüşdü. O, Covid -19 infeksiyasından qorunma yolları,  fərdlər arasında məsafə saxlamağın vacibliyi barədə maarifləndirici söhbət apardı. Əsasən dialoq şəklində qurulan söhbətdə əyani olaraq maskanın düzgün taxılma texnikasını, əllərin sabunla düzgün yuyulmasını, su və sabun olmadıqda spirt əsaslı təmizləyici vasitələrdən istifadənin nə qədər əhəmiyyətli olmasını başa saldı.

             Söhbətin sonunda uşaqlara özlərində hər hansı xəstəlik əlaməti hiss edən kimi sahə həkimi ilə əlaqə saxlamağı tövsiyyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi