"Kiçik Akademiya"nın ilk iclası

01.03.2019-cu ildə "Kiçik Akademiya"nın növbəti iclası keçirilidi. Qarşıda duran gündəlik məsələlər "Kiçik Akademiya"da şurasının seçilməsi və bölmələrin yaradılması idi. Məktəbin direktoru Rahidə İsmixanova gündəlikdə duran məsələ ilə bağlı məlumat verdi. O qeyd etdi ki, “Kiçik Akademiya”nın tərkibində şagird elmi cəmiyyəti (ŞEC) yaradılmalı və ŞEC “Kiçik Akademiya”nın strukturunda əsas qurum hesab edilməlidir. “Kiçik Akademiya” ya elmi rəhbərliyin təmin olunmasında müəllimlər, bölmə və dərnək rəhbərləri iştirak etməlidi, şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, tezis, referat və hesabatlar hazırlamalıdı. Məktəbin müəllimləri Loğman Hüseynov Humanitar elmləri üzrə, Tamella Əhmədova Təbiət elmləri üzrə bölmələrin yaradilmasını təklif etdilər.Onlar istedadlı şagirdlərlə işləmək üçün maraqlı mövzuların seçilməsində və tədqiqat işlərinin aparılmasında müəllimlərin üzərinə düşən vəzifələrdən danışdılar. Çıxışlardan sonra “Kiçik Akademiya”nın idarəetmə orqanı olan Şuranın tərkibi müəyyənləşdirildi. Şuranın tərkibinə“Kiçik Akademiya”-nın prezidenti, onun müavinləri (vitse-prezidentlər), bölmə rəhbərləri, habelə bölmələrə təhkim olunmuş elmi işçilər daxil edildi. “Kiçik Akademiya”nın prezidenti, vitse-prezidenti və bölmə rəhbərləri açıq səsvermə yolu ilə müəyyən edildi 1. “Kiçik Akademiya”da Humanitar elmləri üzrə və Təbiət elmləri üzrə bölmələrin yaradilsın 2. “Kiçik Akademiya”nın prezidenti Asya Qurbanova vitse-prezidenti Təmanət Paşayeva aciq səsvermə yolu ilə seçildi
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi