"Kiçik Akademiya"nın təsis edilməsi

25.02.2019-cu ildə S.Abdullayev adına 290 №-li tam orta məktəbdə “Kiçik Akademiya”nın təsis konfransı keçirildi. Məktəbin direktoru R.A.İsmixanova konfransı açıq elan edərək gündəlikdə duran məsələ ilə bağlı məlumat verdi. O bildirdi ki, Azərbaycan Respublikası təhsil nazirinin ”Umumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrinin icrası ilə əlaqədar məktəbdə “Kiçik Akademiya”nın təsis olunması nəzədə tutulmuşdur. “Kiçik Akademiya”nın təsis olunmasında məqsəd məktəbdə təhsil alan istedadlı uşaq və gənclərlərin aşkara çıxarılması, onlarla aparılacaq işləri tənzimləmək, onlarda elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, onlarda elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq, şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaqdır. Rahidə İsmixanova öz çıxışında qeyd etdi ki, könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi tədqiqat işlərinə meyli olan şagirdlər “Kiçik Akademiya”nın üzvü ola bilər. Məktəbin tarix müəllimi Firudin Həsənov “Kiçik Akademiya”nın yaradılmasının böyük əhəmiyyətindən danışdı.O, çıxışında bildirdi ki, “Kiçik Akademiya” elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaqda , mövcud yaradıcı potensialları nəzərə alınmaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirməkdə mühüm rol oynayacaq. Coğrafiya müəllimi Təmanət Paşayeva “Kiçik Akademiya”nın məqsəd və vəzifələrindən danışaraq, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək üçün tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etməyin vacibliyin vurğuladı. Şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fəqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq üçün məktəbimizdə olan bütün vasitələrdən istifadə haqqında informatika müəllimi Asya Qurbanova çıxış etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi