Məktəbin psixoloqu Ü.Rzayevanın 1-ci sinif şagirdlərinin görüşü

Sentyabrın 16-da məktəbin psixoloqu Ü.Rzayeva 1-ci sinif şagirdlərinin məktəb mühitinə uyğunlaşmasını dəstəkləmək məqsədilə xüsusi görüş keçirdi. Görüşün əsas məqsədi şagirdlərin məktəb həyatına rahat inteqrasiya olunmasına kömək etmək, onlarda kollektivə aidlik hissini gücləndirmək, ünsiyyət və əməkdaşlıq bacarıqlarını inkişaf etdirmək, həmçini tədris prisesinə marağı artırmaq oldu. Görüş zamanı şagirdlərlə söhbət aparıldı, onların hiss və düşüncələrini ifadə etmələrinə şərait yaradıldı. Şagirdlərin adaptasiya prosesini asanlaşdırmaq məqsədilə müxtəlif psixoloji və inkişaf etdirici oyunlar təşkil olundu. Görüş birinci sinif şagirdləri üçün müsbət və dəstəkləyici bir mühit yaratmaq baxımından əhəmiyyətli oldu.