İlk dərs günü

15 sentyabr tarixi bütün ümumtəhsil müəssisələrində “Bilik günü” kimi qeyd olunur. 15 sentyabr 2025-cü il tarixində valideyn, şagird və müəllim kollektivinin iştirakı ilə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. Vətən uğrunda canlarından keçək şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəb rəhbərliyi şagird və müəllimləri “Bilik günü” münasibəti ilə təbrik etdilər.