2025-2026-cı tədris ilinin ilk pedaqoji şura iclası keçirildi

2 sentyabr 2025-ci il tarixində məktəb rəhbərliyi və müəllim kollektivinin iştirakı ilə 2025-2026-cı tədris ilinin ilk pedaqoji şura iclası keçirildi. 2025-2026-cı tədris ilində II-XI siniflərdə ilk dərslərin “ Konstitusiya və suverenlik ” mövzusuna həsr olunacağı pedaqoji heyətin nəzərinə çatdırıldı. İclasda ötən 2024-2025-ci tədris ilinin buraxılış imtahanlarının nəticələri, IV və VI siniflərdə aparılan monitorinqin nəticələri, dərs bölgüsü və digər məsələlər müzakirə olundu.