FƏXRİMİZ

                                                        Məktəbimizin adını daşıyan Milli qəhraman general

                                                                 Məhəmməd  Əsədov  haqqında məlumat.

Azərbaycan xalqı yalnız qədim tarixi, mədəmiyyəti, özünə məxsus adətləri, təfəkkür tərzi ilə deyil, həmdə qəhramanlıq ənənələri ilə tanınır. Təkcə ötən yüzilliyə nəzər salsaq, bu ənənələrin ən müxtəlif dövrlərdə layiqincə davam etdirildiyini, yeni yeni qəhramanlıq nümunələri ilə zənginləşdirildiyini görərik.Bu sirada 1991-ci il noyabırın 20 –də Xocavənd rayonunun Qarakənd  kəndi yaxınlığında “vertalyot  qəzası”adlı erməni terronunun qurbanı olan digər dövlət xadimləri, respublikamızın vətənpərvər oğulları kimi general-mayor Məhəmməd Əsədovun da əziz xatirəsi xalqımızın tərəfindən unudulmur.1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olan Məhəmməd Əsədov 1958-ci ildə orta məktəbi Zəngilan rayonunun Mincivan qəsəbəsində bitirib, həmin ildə Bakı Statistika Texnikumuna daxil olub. 1960-cı ildə həmin texnikumu müvəffəqiyyətlə başa vurub və Zəngilan rayonunda inspektor vəzifəsində çalışıb. 1961-ci ildə ordu sıralarına çağırılan Məhəmməd Əsədov 1964-cü ilə qədər orduda xidmət edib. O, 1964-cü ildə ordu sıralarından tərxis olunduqdan sonra Sumqayıt şəhərinə üz tutub və 1 saylı trestdə çalışıb. 1965-ci ildə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin "maliyyə və kredit" fakültəsinə daxil olub. 1965-ci ildə 2 saylı trestdə mühasib işləyib, 1967-68-ci illərdə plan şöbəsinin müdiri vəzifəsində çalışıb. 1968-ci ildə Məhəmməd Əsədov Sumqayıt Şəhər Partiya Komitəsinin sənaye şöbəsinə təlimatçı vəzifəsinə irəli çəkilib. Xalq Təsərrüfatı İnstitutu yarandıqdan və "maliyyə və kredit" fakültəsi bu instituta verildiyindən Məhəmməd Əsədov 1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunun "maliyyə və kredit" ixtisası üzrə tam kursunu bitirib. 1973-1975-ci illərdə onu Sumqayıt Şəhər Partiya Komitəsində sənaye şöbəsinin müdiri, 1975-1978-ci illərdə isə təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin ediblər. 1978-ci ildə Məhəmməd Əsədov Ağsu Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə göndərilib. 1980-ci ilə qədər Ağsu rayonunda fəaliyyət göstərib. Yaxşı işi qiymətləndirilib və Məhəmməd Əsədov Moskva Təhlükəsizlik Akademiyasına göndərilib. 1982-ci ildə akademiyanı qırmızı diplomla başa vurub. Azərbaycan Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. 1983-1986-cı illərdə Jdanov (indiki Beyləqan) Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib. İşlədiyi müddətdə göstərdiyi işgüzarlığına, biliyinə, qabiliyyətinə görə onu Mərkəzi Komitəyə dəvət ediblər və 1986-cı ildən 1988-ci ilə qədər Məhəmməd Əsədov inzibati orqanlar şöbəsinə müdirlik edib. 1988-1989-cu illərdə Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib. İşlədiyi müddətdə öz təşkilatçılıq qabiliyyəti ilə təsərrüfatın bütün sahələrini ön cərgəyə çıxarıb. 1989-1990-cı illərdə bu fəaliyyətini Quba Rayon Partiya Komitəsinin birinci katibi kimi məsuliyyətlə davam etdirib və onun gördüyü bütün işlər yüksək qiymətləndirilib. Məhz elə bu səbəbdən də Məhəmməd Əsədov 1990-cı ilin may ayında daxili işlər naziri vəzifəsinə təyin edilib. O, nazir işlədiyi müddətdə günlərinin çoxunu Qarabağ bölgəsində keçirib. Əsgərlərlə çiyin-çiyinə səngərlərdə gecələyib. 1990-cı il noyabr ayının 5-də Məhəmməd Əsədova general-mayor rütbəsi verilib. Buna baxmayaraq, o yenə günlərini sərhəd zonalarında, əsgərlər arasında keçirib, Azərbaycanın sərhədlərinin bütövlüyü uğrunda mübarizə aparıb. Saysız-hesabsız qəhrəmanlıqlar göstərib və xalqın gözündə həmişə olduğu kimi yüksəlib. 1991-ci ilin noyabr ayına qədər daxili işlər naziri vəzifəsində çalışır. Məhəmməd Əsədov göstərdiyi şücaətə görə müşavir kimi yüksək vəzifəyə təyin edilib.

O, 1991-ci il noyabr ayının 20-də dövlət xadimləri ilə birlikdə öz dövlət vəzifələrini və vətəndaşlıq borcunu yerinə yetirmək üçün vertolyotla Ağdam şəhərinə uçub və Qarakənd səmasında dəhşətli, yaddaşlardan silinməyən və xalqımızı həmişə ağrıdan o qanlı vertolyot faciəsi baş verib. Vertolyot ermənilər tərəfindən vurulub və xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda gedən mübarizədə Məhəmməd Əsədov da qəhrəmanlıqla, faciəli şəkildə həlak olub. Hazırda Zəngilan, Sumqayıt, Ağsu, Beyləqan, Ağdaş, Quba və Bakıda bir neçə təhsil müəssisəsi, gəmi, küçə və xiyaban, idarə və müəssisəsi o cümlədən Xətai rayonu 29№-li tam orta məktəb də general Məhəmməd Əsədovunonun adını daşıyır. O, müstəqil Azərbaycanın ilk generalı, ordusu olmayan dövləti milis dəstələri ilə, xalqının köməkliyi ilə müdafiə edən unudulmaz şəxsiyyətdir. Həyatını Azərbaycanın ərazi bütövlüyünə, xalqının azadlığına qurban vermiş general Məhəmməd Əsədov barəsində indiyədək onlarla kitab nəşr olunub, yüzlərlə, minlərlə məqalə çap edilib, kifayət qədər sənədli filmlər çəkilib.

2000-ci ildə məktəbə şəhid  Məhəmməd Əsədovun adı verilib və şəhidin büstü( heykəli) məktəbin həyətində mövcuddur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi