“Ümumtəhsil məktəblərində Kiçik Akademiya fəaliyyəti” mövzusunda tədbir29.11.2024-cü il tarixində yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən və bu sahədə fərglənən şagirdlərin aşkar edilməsi, onlara tədqiqat və təqdim etmə qabiliyyətinin aşılanması məqsədiylə BŞTİ-nin qərarına əsasən 86 nömrəli tam orta məktəbdə “Ümumtəhsil məktəblərində Kiçik Akademiya fəaliyyəti” mövzusunda tədbir keçirildi. Tədbirdə məktəbimizin “Kiçik Akademiya”nın rəhbəri S.Hüseynzadə də iştirak etmişdir. Konfransın sonunda kiçik akademiya üzvlərinin müxtəlif layihə və ideyaları müəllimlər tərəfindən qiymətləndirildi
Ətraflı“Kiçik Akademiya”sının üzvləri kimya dərsində15 aprel 2024-cü il tarixində məktəbin “Kiçik Akademiya”sına üzv olan IX sinif şagirdləri kimya müəllimi M.Tağıyevanın nəzarəti altında nümayiş təcrübələr apardılar. Şagirdlər azot, ammonyak nitrat turşusu və onun duzlarının alınması və xassələri ilə yaxından tanış oldular. Amonium-bixromatı qızdırmaqla “süni vulkan” yaratdılar. Mis parçası ilə qatı nitrat turşusunun qarşılıqlı təsirindən qonur rəngli azot-dioksid qazının alınmasını müşahidə etdilər. Belə təcrübələrin aparılması “Kiçik Akademiya” üzvləri ilə yanaşı digər şagirdlərin də böyük marağına səbəb olur.
Ətraflı“Kişik Akademiya” üzvlərinin I ümumşəhər konfransı28.12.2023-cü il tarixində “Heydər Əliyev ili”nə həsr olunmuş “Kişik Akademiya” üzvlərinin I ümumşəhər konfransı keçirilmişdir.Konfransda Kiçik Akademiyanın rəhbəri Sevinc Hüseynzadə və akademiyanın üzvü Şükürzadə Nigar da iştirak etdilər. 5b sinif şagirdi Ş.Nigar təşəkkürnamə ilə təltif olundu.
Ətraflı“Yolda təhlükəsiz davranış qaydaları”25.12.2023-cü il tarixində məktəbin “Kiçik Akademiya” üzvləri “Yolda təhlükəsiz davranış qaydaları” adlı layihə təqdim etdilər. Onlar,əyani olaraq, şagirdləri yol nişanları ilə tanış etdilər. Göstərdikləri səhnəciklərdə yollarda təhlükəsiz davranış qaydalarını nümayiş etdilər, yol nişanları ilə bağlı təqdimatlar və şeirlər söylədilər.
Ətraflı“Elastiki rezinlə işləyən qayıq”22.11.2023-cü il tarixində Bakı Şəhəri Xətai rayon məktəbləri arasında “Kiçik Akademiya” üzvlərinin rayon üzrə yarışması keçirildi. Həmin yarışmada məktəbimizi 5b sinif şagirdi Şükürzadə Nigar təmsil edirdi. Onun yaratdığı layihə ekoloji mühitin qorunması məqsədi ilə hazırladığı “Elastiki rezinlə işləyən qayıq” modeli oldu. Bu layihə bir çox tədbir iştirakçıları tərəfindən bəyənildi və alqışlandı. Bilirik ki, bu günün kiçik ixtiraçısı gələcəyin “Böyük Alimi” olacaqdır
ƏtraflıDəmir yumruqKiçik akademiyanın gənc tədqiqatçıları Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə 3D printerdə STEAM müəllimi R.Vəliyevanın rəhbərliyi altında “Dəmir yumruq” hazırladılar.
ƏtraflıHeydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Kiçik Akademiya” üzvlərinin çıxışıHeydər Əliyevin 100 illik yubileyi münasibəti ilə 5a sinifindən olan “Kiçik Akademiya”nın üzvləri B.Nuray, İ.Roya, F.Məryəm. M.Fatimə, P.Gəray və Ş.Atabəy ulu öndər Heydər Əliyevin həyatı haqqında araşdırmalar apardılar. Şagirdlər Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər və hazırladıqları təqdimatları nümayiş etdilər.
ƏtraflıKainatın sirləriMəktəbdə təşkil olunan “Kiçik Akademiya”nın 8a sinif şagirdləri biologiya müəllimi S.Hüseynzadə ilə birgə “Kainatın sirləri” adlı tədbir keçirdilər. Tədbirdə kiçik akademiklər hazırladıqları-“Kainat”, “Bermud üçbucağı”, “Kainat haqqında maraqlı faktlar”, “Zəlzələlər”, “Yupiter”, “Qalaktika” və “Yad planetlilər” mövzusunda layihələri, videoslaydları, təqdimatları təqdim etdilər.
ƏtraflıTəbiət özü həkimdirMəktəbdə təşkil olunan “Kiçik Akademiyanın” 7-ci sinif şagirdləri biologiya müəllimləri S.Hüseynzadə ilə birgə “Təbiət özü həkimdir” adlı görüş keçirdilər. Görüşdə Nağızadə Həvva, Babazadə Cavid, Həsənova Məlahət, Abbasov Hikmət, Salmanova Tərlan, Qasımova Turə hazırladıqları layihələri və videoslaydları təqdim etdilər.
ƏtraflıƏtraf mühitin qorunmasıMəktəbimizdə təşkil olunan “Kiçik Akademiya”-nın VIII sinif şagirdləri biologiya müəllimləri S.Hüseynzadə ilə birgə “Ətraf mühitin qorunması” adlı tədbir keçirdilər. Tədbirdə kiçik akademiklər hazırladıqları – “Su hövzələrinin təmiz saxlanılması”, “Atmosferin çirklənməsi”, “Zibilliklərin azadılması”, “Yaşıllıqların artırılması” mövzusunda layihələri, videoslaydları təqdim etdilər. Bundan əlavə bu mövzularla bağlı səhnəciklər nümayiş etdilər.
ƏtraflıLütfi Zadənin həyat və yaradıcılığı20 may 2022-ci il tarixində məktəbin Riyaziyyat müəllimi Xatirə Əliyevanın rəhbərliyi ilə “Kiçik Akademiya” üzvü, 8b sinif şagirdi Hüseynli Zəhra öz layihəsini təqdim etdi. Hüseynli Zəhranın hazırladığı “Lütfi Zadənin həyat və yaradıcılığı” mövzusunda təqdimatı maraqla qarşılandı. Sonda Zəhra məktəbin direktoru Reyhan Ələkbərova tərəfindən diplomla təltif olundu.
ƏtraflıToxumun cücərməsi20 may 2022-ci il tarixində məktəbin Biologiya müəllimi Sevinc Hüseynzadənin rəhbərliyi ilə “Kiçik Akademiya” üzvləri slayd və çıxışlarla öz layihələrini təqdim etdilər. 6a sinif şagirdləri Babazadə Cavid, Məmmədova Səma, Musayeva Aysunun hazırladıqları “Toxumun cücərməsi” mövzusunda araşdırmaları maraqla qarşılandı. Sonda hər bir şagird məktəbin direktoru Reyhan Ələkbərova tərəfindən diplomla təltif olundular.
Ətraflı“Alternativ enerji mənbələri” mövzusunda layihələri18 may 2022-ci il tarixində məktəbin “Kiçik Akademiya” üzvlərinin fizika fənni üzrə “Alternativ enerji mənbələri” mövzusunda layihələri nümayiş olundu. Onlar Günəş batareyası və əl generatorunun köməyi ilə cərəyan aldılar və bunu əyani surətdə təcrübədə yoxladılar.
ƏtraflıKimya dərsində aparılan təcrübələrMəktəbimizin laboratoriyası Reaktivlər və kimyəvi maddələrlə tam təchiz olunub. Şagirdlərimiz Kimya fənnindən öyrəndikləri nəzəri bilikləri kimya kabinetində praktik olaraq həyata keçirirlər. Bu gün “Kiçik Akademiya” üzvləri Ülvi Vəliyev və Ləman Şıxəliyeva bu təcrübələrdən bir neçəsini əyani olaraq göstərdilər. Süni vulkan reaksiyası, qələvinin alınması və onun təyini həmdə neytrallaşma reaksiyası, ammonyaklı su ilə xlorid turşusunun reaksiyası, nitrat turşusunun mislə reaksiyası və misin gümüşə çevrilməsi nümayiş olundu.
ƏtraflıSadə mexanizmlərin texnikaya tədbiqi25.04.2022-ci il tarixində məktəbin 7a sinifinin “Kiçik Akademiya” üzvlərindən ibarət şagird qrupu fizika müəllimi Vəliyeva Ramilənin rəhbərliyi altında “Sadə mexanizmlərin texnikaya tədbiqi” mövzusu üzrə layihə hazırladılar. Həmin layihə canlı formada, açıq havada, yaxınlıqda yerləşən istirahət parkında qurulmuş atraksion üzərində aparılmışdır. Layihə şagirdlər tərəfindən sevinclə qarşılandı. Şagirdlər sadə mexanizmlər- ling, blok, mail müstəvidən əyani şəkildə istifadə etdilər.
ƏtraflıKülək enerjisi ilə işləyən qurğu21.04.2022-ci il tarixində məktəbin 6a sinif şagirdlərindən “Kiçik Akademiya” üzvləri STEAM dərsində STEAM müəllimləri Vəliyeva Ramilə və Aslanova Nərgizin rəhbərliyi altında “Külək enerjisi ilə işləyən qurğu” mövzusunda layihə hazırladılar və həmin layihə Akademiya üzvləri tərəfindən bəyənildi.
ƏtraflıKiçik Akademiya üzvləri ilə ekskursiyaMəktəbin biologiya müəllimləri Sevinc Hüseynzadə və Samirə Abbasova 15.04.2022-ci il tarixində “Kiçik Akademiya”-ya üzv olan şagirdlərlə birgə ekskursiya təşkil etdi. Bu zaman şagirdlərlə “bitkilərdə baş verən mövsümü dəyişikliklərlə” bağlı fikir mübadiləsi aparıldı, hər bir ağacın çiçək quruluşu tədqiq edildi. Sonra isə müəllimələr uşaqlarda maraq oyadan proses və quruluşların izahını verdi.
Ətraflı“Kiçik Akademiya”nın üzvləri "Şəhidlər Xiyabanı" da“Kiçik Akademiya”nın üzvləri və 11a sinif şagirdləri “Şəhidlər Xitabanı”da azadlığımız üçün canlarından keçən şəhidlərimizin məzarlarını ziyarət etdilər. Müstəqil Azərbaycanımızın qurucularından olan, ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarını ziyarət edib, büstü önünə qərənfillər düzdülər.
Ətraflı“Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq müsabiqəsi“Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq müsabiqəsinin məktəbdaxili turu 21.11.2019 - 04.12.2019-cu il tarixləri arasında keçirilməsi nəzərdə tutulmuşdur. Müsabiqə 02.12.2019-cu il tarixində VIII-X sinif şagirdləri arasında keçirildi.
Əsas təqdimat və tədqiqat istiqamətləri:
1.Məktəb ekologiyası
2. Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri
3.Plastik qablaşdırmadan istifadənin orqanizmə mənfi təsiri
4. Alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti
5. Alternativ və bərpa olunan enerjinin istifadəsi
6. Səs-küy çirklənməsi
7.Ekologiya və iqtisadiyyat
8. Azərbaycanın biomüxtəlifliyi
9. Cəmiyyət və təbiət arasında qarşılıqlı əlaqə
Münsiflər heyyəti tərəfindən 8a sinif şagirdi Qurbanlı Leyla Arif qızı qalib seçildi və II mərhələyə təqdim olundu.
Ətraflı“Kiçik Akademiya”nın üzvləri STP-na səfər etdilər.Gənclərin peşəyönümü işinin gücləndirilməsi, onların əmək bazarında daha çox tələb olunan peşə və ixtisaslar haqqında məlumatlandırılması işinin genişləndirilməsi məqsədi ilə “Kiçik akademiya”nın yuxarı sinif şagirdlərinin Sumqayıt Texnologiya Parkına səfər təşkil olundu
ƏtraflıFizika gecəsi31 may 2019-cu il tarixində məktəbin “Kiçik Akademiya” sının fizika bölməsinin 9-10 sinif şagirdlərinin iştirakı ilə “Fizika gecəsi” keçirildi. Tədbirdə fizika üzrə fəlsəfə doktoru,gənc alimlər şurasının sədri Səmədova Ülkər, AMEA Fizika İnstitutunun elmi işçisi Zeynalova Səbinə və Səfərzadə Ülviyyə, AMEA N.Tusi Şamaxı Astrofizika Rəsədxanasının nümayəndələri İsmayıllı Rəcəb və Hümbətova Əminə iştirak etdilər.
ƏtraflıRiyaziyyat gecəsi29 aprel 2019-cu il tarixində "Kiçik Akademiya" nın üzvləri məktəbin akt zalında riyaziyyat müəllimi Yeganə Baxşəliyeva ilə birgə “Riyaziyyat gecəsi” keçirdi.
Ətraflı“ Dövlət müstəqilliyi və Azərbaycan dilinin inkişafı” mövzusunda məqalə“Kiçik Akademiya”nın prezidenti, riyaziyyat fənninin müəllimi Yeganə Baxşəliyevanın “ Dövlət müstəqilliyi və Azərbaycan dilinin inkişafı” mövzusunda qazetdə məqaləsi dərc olundu.
Ətraflı