HAQQIMIZDA
Məktəb 1976 –cı ildə istifadəyə verilib. 1176 şagird yeri var. Tədris korpusu, idman zalı, yeməkxanası, kitabxanası, akt zalı, kimya, fizika, biologiya laboratoriyaları, informatika kabineti, müasir tələblərə cavab verən GÇQH kabineti, akt zalı, həyətdə idman meydançaları və idman qurğuları, o cümlədən abad həyətyanı sahəsi var.Məktəb 2012-ci ildə dövlət vəsaiti hesabına əsaslı təmir edilib.Məktəb I növbə 5 günlük iş rejimi ilə işləyir.Məktəb 100% ixtisaslı kadrlarla təmin olunub.Məktəbin pedaqoji kollektivi fənn kurikulumlarının tətbiqindən sonra bir sıra kurslarda o cümlədən kompyuter kurslarında, “İntel”, “Mimio” layihələrində, kurikulumun tətbiqi ilə əlaqədar ixtisasartırma kurslarında iştirak etmişlər.Hazırda məktəbdə olan elektron dərsliklərdən müəllimlər daimi istifadə edir, özləri elektron dərslər qurur və onu uğurla tətbiq edir, məktəb şagirdləri onlara verilən ev tapşırıqlarını layihə şəklində hazırlayırlar.Məktəbdə fənn kurrikulumlarının tətbiqi və yeni qiymətlənləndirmə ilə əlaqədar tez-tez seminarlar, fikir mübadilələri təşkil edilir ki, bu da müəllimlərin bilmədiklərini bir-birindən öyrənməyə kömək edir.Məktəbdə 6-cı sinifdən başlayaraq fakültətiv və fərdi qrup məşğələləriüçün ayrılmış saatlar şagirdlərin arzusu ilə ayrı-ayrı fənnlərə 10-11-ci siniflərdə isə fənn sahələrinə verilir və bu istiqamətdə daha geniş işlər aparılır.Məktəbdə təcrübəli müəllimlərdən ibarət “Qabaqcıl təcrübə məktəbi”, “Metodiki Şura” fəaliyyət göstərir ki, onlar da öz toplantılarında gənc müəllimlərə kömək etməklə yanaşı daimi təcrübə mübadiləsi aparır, mətbuatda çıxan məqalə və yenilikləri müzakirə edir və gündəlik işlərinə tətbiq edirlər.2010-2011-ci illər ərzində məktəbin pedaqoji kollektivi 100% “İntel”, “Gələcəyə yönəlik təhsil” layihəsində kompyuter kurslarındankeçib sertifikat almışlar.2010-2011-ci ildə 30 nəfər müəllimimiz öz hesablarına “Mimio” kurslarına getmiş elektron qələm, ağıllı hövhə kimi vasitələrdən istifadə qaydalarını öyrənmişlər.Bakı şəhər PKİYH-da son 5 ildə 90% müəllimlər ixtisasartırma kurslarından keçmişlər əlavə olaraq 1-4-cü sinif və5-ci siniflərdə işləyən müəllimləri 100% kurrikulum kurslarından keçmişlər.Yuxarıda göstərilən tədbirlərdən əlavə məktəbdə hər həftə sonu mətbuatda çıxan rəsmi sənədlər və ayrı-ayrı fənn müəllimlərinin təcrübələri haqqında mətbuatdakı yazılar müzakirə edilir, üstün cəhətləri qəbul olunaraq təcrübədə tətbiq olunur.2013-cü ildə məktəb "ilin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.