“Güclü Lider, Rəşadətli ordu və Xalq birliyinin təcəssümü” mövzusunda tədbir keçirildi
17 yanvar 2025-ci il tarixində məktəbin akt zalında şagirdlərimizin təqdimatında eləcə də, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə “Güclü Lider, Rəşadətli ordu və Xalq birliyinin təcəssümü” mövzusunda tədbir keçirildi. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşları Nuri İmanov və Şirvan Süleymanov, Bakı Şəhəri Gənclər və İdman İdarəsi Xətai Rayon üzrə Gənclər və İdman sektorunun müdiri Tural Əhmədli, 3 saylı uşaq evinin müdiri Marafova Günay, həmçinin məktəbin müəllim və şagird heyyəti də iştirak etdilər. Tarix müəllimi A.Orucov, S.Abbasova, P.İmanov və N.İmanov çıxış etdilər. Onlar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, güclü lider İlham Əliyevin güclü siyasətindən, rəşadətli ordumuzun gəhrəmanlığından, xalqın birliyini təcəssüm etdirən məqamlardan danışdılar.