Müsabiqələrdə iştirak edən şagirdlərlə görüş
Ümumtəhsil müəssisələrdə 3 mart 2024-cü il tarixində Lütfi Zadə adına məntiq olimpiadası və Fənn müsabiqələrinin birinci turu keçirildi. Məktəbimizin şagirdləri bu olimpiadalarda iştirak etdilər.
5b sinif şagirdləri- Orucov Yusif, Əkbərli İsmayıl, Əsgərov Ziyadxan Lütfi Zadə adına məntiq olimpiadasından
6a sinif şagirdləri- Fətəliyeva Məryəm və İsmayılzadə Röya təbiət fənnindən, Şükürlü Atabəy və Salmanova Ayan riyaziyyat fənnindən keçirilən müsabiqələrdə iştirak edərək növbəti tura vəsiqə qazandılar. Məktəbin direktoru R.Ələkbərova şagirdlərlə görüş keçirdi və şagirdlərə uğurlar arzu etdi.